Məhkəmə qərarları › İş №3(003)-917/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-917/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-917/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 06 iyun 2024-cü il tarixli, EP ******* saylı qərarından verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 06 iyun 2024-cü il tarixli, EP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən şikayətçi barəsində əsassız olaraq 06 iyun 2024-cü il tarixli, EP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərar əsasında ona əsassız olaraq 4250 manat məbləğində yüksək cərimə hesablanmışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Ona gətirilən malların ümumi dəyəri 5000 AB dolları (8500 manat) təşkil etmişdir. Lakin inzibati tənbeh tətbiq edən orqan tərəfindən ona əsassız olaraq, İXM-nin 503-cü maddəsinin yuxarı həddində cərimə tətbiq etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 06 iyun 2024-cü il tarixli, EP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 izahat verərək 09 iyun 2023-cü il tarixli **********2181 saylı gömrük bəyyanaməsi ilə ona tətbiq edilmiş 5000 ABŞ dolları məbləğini 20 iyun 2023-cü il tarixdə ödəniş etmişdir. Buna dair Bank of Baku ASC-dən əldə etdiyi 20 iyun iyun 2023-cü il tarixli qəbz iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən tərəfindən verilmiş şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 483cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 06 iyun 2024-cü il tarixli, EP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 06 iyun 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4250 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 06 iyun 2024-cü il tarixli, EP ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 4250 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X1 09 iyun 2023-cü il tarixli **********2181 saylı gömrük bəyyanaməsi əsasında ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan ümumilikdə 5000 ABŞ dolları (8500 manat) məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində X1 Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsi təmin edilməmişdir. Şikayətçi məhkəmə iclasında qeyd etmişdir ki, 09 iyun 2023-cü il tarixli **********2181 saylı gömrük bəyyanaməsi əsasında ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan ümumilikdə 5000 ABŞ dollarını ödəməsi onun həmin inzibati xətanı törətməsi barədə protokol tərtib edildiyi andan 11 gün sonra borcunu ödəmişdir. Lakin, texniki səbəblərdən onun 5000 ABŞ dolları məbləğini ödəməsi barədə sistemdə məlumat olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə əsassız olaraq inzibati tənbeh tətbiq edilmişdir. Lakin məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən inzibati xəta törətmiş şəxsin ödəniş etməsi nəzərə alınmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 06 iyun 2024-cü il tarixli, EP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 06 iyun 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar