Məhkəmə qərarları › İş №3(003)-918/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-918/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-918/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən 10 may 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postunda sürətli poçt lisenziyasına malik olan "xxxx" MMC tərəfindən ***-*******1 nömrəli aviaqaimə əsasında X1 gömrük ərazisinə gətirilən və Tağı Cəfiyev, Samirə Cəfiyeva, Aynurə Binəttova, Orxan Cəfiyev, Elçin Cəfiyev adına “apple” markalı “airpods” modelli qulaqcıqdan ibarət 10 (on) ədəd poçt bağlamasının tərkib hissəsini təşkil edən malların eyni və eynicinsli olması, həmçinin göndərən ünvanın eynilik təşkil etməsi və eyni nömrəli aviaqaimə ilə ölkəyə gətirilməsi şəxsi istifadə təyinatlı olmasına dair müəyyən şübhələr yaratmış, həmin mallar kommersiya təyinatlı olduğundan araşdırma aparılması üçün saxlanılmışdır. Daha sonra həmin yüklərin Şəxs tərəfindən yuxarıda adları göstərilmiş ayrı-ayrı şəxslərin adlarına sifariş edildiyi məlum olmuşdur. Həmin yüklərin invoys sənədləri əsasında dəyərinin 1244,9 ABŞ dolları nəqliyyat xərcləri 54,00 ABŞ dolları (xx.xx.2022-ci il tarixinə olan məzənnəyə uyğun olaraq 1298,90x1.7=2208,13 manat) təşkil etdiyi məlum olmuşdur. Beləliklə, Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhəddindən istehsal və ya kommersiya mə sədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0129/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu bildirdi. Əməlindən peşmandır və məhkəmədən ədalətli qərar çıxarılmasını edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 1244,90 (bir min iki yüz qırx dörd, doxsan) ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi – 373,47 (üç yüz yetmiş üç, qırx yeddi) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 04 iyul 2022-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 373,47 (üç yüz yetmiş üç, qırx yeddi) ABŞ dolları pul vəsaiti 634,90 (altı yüz otuz dörd, doxsan) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 1244,90 (bir min iki yüz qırx dörd, doxsan) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 373,47 (üç yüz yetmiş üç, qırx yeddi) ABŞ dolları olmaqla 634,90 (altı yüz otuz dörd, doxsan) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar