Məhkəmə qərarları › İş №3(003)-92/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-92/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-92/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin etibarnamə əsasında nümayəndəsi və vəkili X2, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında haqqında MN ******* saylı, 16 dekabr 2021-ci il tarixli qərarından verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 16 dekabr 2021-ci il tarixli qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Vep-Dizayn MMC-nin direktoru olaraq X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat cərimə edilmişdir. Şikayətçi hesab edir ki, X7 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, o, 06.06.2021 ci il tarixdə Zəngilan rayonunda Ağıllı kənd lahiyəsində direktoru olduğu VEP-Dizayn MMC şirkəti ilə subpodratçı olaraq tikinti işləri görür. Ba şpodratçının tələblərinə əsasən lahiyədə işləmək istəyən işçilər əvvəl şirkətə şəxsiyyət vəsiqələrinin şəklini göndərir sonra onları baş podratçı siyahı şəklində postdan keçirib əraziyə gəlməklərini təmin edir, daha sonra isə şirkət onları yataq yemək və iş sahəsiylə tanış edərək, razı olan işçilərlə əmək müqaviləsi bağlanaraq bir gün sonra işə başlayıb işləyirlər. Siyahıya adı düşmüş postdan keçən işçilərin 20 gündən tez portaldan adı silinmir . Beləliklə şikayətçi olan Balakişiyev Ramiz daxili prosedurlara uyaraq özü ilə birlikdə 3 nəfərlə gələrək usta kimi işləmək istədiyini bildirmişdir İşlə və əraziylə tanış olduqdan sonra razılığını bildirmiş onlardan şəxsiyyət vəsiqəsi istədikdə isə o, kəndlərində daha bir neçə nəfərin işləmək istədiyini və onu gözlədiyini bildirərək gedib onlarla gəlib işləyəcəyini deyərək kənddən ayrılmışdır. Həmin gün hətta tibb məntəqəsinə yaxınlaşaraq həkimə onun da diş həkimi(stomotoloq) olduğunu bildirmiş və işləmək istədiyini qeyd etmşdir. Ərazidən gedən X3 bir neçə gün sonra tap.az saytına şirkətin adından yüksək maaş vəd edərək işçi yığımı üçün elan verərək şirkətin adından suiistifadə edərək gəlir əldə etmək istəyib. Bu fakt şirkət tərəfindən aşkarladıqdan sonra həmin adamı dərhal uzaqlaşdırmışdır. Sonra dəfələrlə şirkətin mühəndislərinə zəng edərək, gəlməyə israr etsə də rədd cavabı almışdır. X1 şirkətdən X7 Xidmətinə şikayət etmişdir. X7 Xidməti heç bir əsaslı və ədalətli araşdırma aparmadan sadəcə şikayətçinin irəli sürdüyü yalan arqumentlərə əsaslanıb şikayətçi barədə vəzifəli şəxs olaraq qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 3000 manat cərimə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin etibarnamə əsasında nümayəndəsi və vəkili X6 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə əsasında nümayəndəsi X10 şikayətin təmin eilməməsini məhkəmədən xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Zəngilan rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsi Zəngilan rayonu ərazisində törədilmişdir, həmçinin iş materiallarına barəsində qərar çıxarılmış (inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş) şəxsin qeyd edilən şikayətə onun yaşadığı yer üzrə aidiyyəti məhkəmədə baxılmasına dair vəsatət əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında haqqında MN ******* saylı, 16 dekabr 2021-ci il tarixli qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid oimadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında haqqında MN ******* saylı, 16 dekabr 2021-ci il tarixli qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar