Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-92/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X7 xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X7 20 sentyabr 2023-cü il tarixli İnzibati xəta haqqında EP ******* saylı protokolu və inzibati xəta haqqında işin digər materiallarını araşdıraraq guya tərəfindən İXM-nın 430.4-cü maddəsinin tələblərinin pozulmasını aşkar etmişdir. Bunun əsasında da o, inzibati tənbeh vermə haqqında EP No-0141505 qərarla 5287.10 ABŞ dolları məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən heç bir halda İXM-nın 430.4-cü maddəsinin tələbləri pozulmamışdır. Bildirir ki, o, xx.xx.2021-ci il tarixdə Çin Xalq Respublikasından nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satışı ilə məşğul olan bir şirkətlə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə ölkəyə ehtiyat hissələrinin idxalı məqsədilə 105789 ABŞ dolları məbləğində pul köçürmüşdür. Həmin müqaviləyə əsasən yüklərin daşınması satıcı şirkətin üzərinə düşürdü, lakin sonradan həmin şirkət üzərinə düşən öhdəlikləri icra etmədiyindən o, həmin malları ölkəyə gətirməkdə özündən asılı olmayan səbəbdən gecikmişdir. Onu da qeyd etmişdir ki, səhhətində yaranan ciddi problemə görə uzun müddət işlə məşğul ola bilməmişdir, belə ki, bu ilin fevral ayında açıq ürək əməliyyatı keçirmişdir. Buna görə də mübahisələndirilən qərarda göstərilən 2 illik müddəti ötürmüşdür. Göstərilənləri araşdırmadan Mərkəzi Bank köçürdüyü məbləğin qalan 52870.98 ABŞ dolları dəyərində olan malların ölkəyə gətirilməməsini əsas gətirərək onu cərimələmişdir. Qeyd edilən mal tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 52901 ABŞ dolları məbləğində malların ölkəyə idxal edildiyi öz əksini gömrük bəyannamələrində tapmışdır. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununda qeyd etdiyi xüsusatları bir daha təsdiqləmiş və əlavə olaraq o, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını bildirmişdir. Beləliklə o, qərardan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunaraq şikayət ərizəsinə mahiyyəti üzrə baxılmasını və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarı tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə X5 şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04 oktyabr 2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 105789.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 52870.98 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə olunmuş Ege Hospital tərəfindən verilmiş Ambulator Kitabçadan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə X6 ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİİ-İV f.s.Miokard infarktından sonrakı kardioskleroz diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmitədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş 18 fevral 2024-cü il tarixli, 1231 nömrəli arayışdan görünür ki, X6 hər iki bud-çanaq oynağının endoprotezləşdirilmə əməliyyatı nəticəsində sol bud-çanaq endoprotezində mexaniki ağırlaşma T84, sol bud-çanaq oynağın, əzələlərin kontrakturası M62 diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EP ******* saylı qərara əsasən X5 105789.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 52870.98 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. X2 ilə əlaqədar təqdim etdiyi arayış və digər sənədlər qərarda nəzərdə tutulan 2 il müddətinin ötürülməsi ilə bağlı üzrlü səbəb hesab edilmədiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EP ******* saylı qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X7 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EP ******* saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-92/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-92/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver