Məhkəmə qərarları › İş №3(003)-920/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-920/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-920/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 27 aprelr 1989-cu ildə Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, işləməyən, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmiryol küçəsi, YYS nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 may 2023-cü il tarixli protokola əsasən Şəxs 04 may 2023-cü il tarixdə gündüz saatlarında sərxoş vəziyyətdə yaşadığı Buzovna qəsəbəsi, Dəmiryol küçəsi, YYS nömrəsiz fərdi olan zaman polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə, 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə, 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cüil tarixdə Buzovna qəsəbəsində yaşadığı evdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra anası X2 ilə mübahisə etmişdir. Buna görə anası DİN-nin 102 xidmətinə zəng etmiş və yaşadıqları evə polis əməkdaşları gələrək onu şöbəyə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, oğlu Şəxs xx.xx.2023cü il tarixdə yaşadıqları Buzovna qəsəbəsi, Dəmiryol küçəsi, nömrəsiz fərdi evdə sərxoş vəziyyətdə səs-küy salaraq, nalayiq ifadələr işlədərək onunla dalaşmışdır. Bu hal əvvəllər də bir neçə dəfə təkrar olunduğundan o, DİN-nin 102 xidmətinə zəng edərək oğlunun hərəkətləri barədə məlumat vermişdir. Yaşadıqları evə gələn polis əməkdaşları oğlu Şəxs nizam-intizama dəvət etməyə çalışsalar da o, öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra oğlu Şəxs polis şöbəsinə aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Buzovna qəsəbəsi, Dəmiryol küçəsi, YYS nömrəsiz fərdi evdə səs-küy salaraq anası X1 qarşı nalayiq ifadələr işlədərək onunla dalaşmışdır. Şikayət əsasında ünvana gedən polis əməkdaşları onu bir neçə dəfə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan 1/1529 saylı xx.xx.2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparlan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sərxoş vəziyyətdə olan Şəxs polis əməkdaşları tərəfindən 2-ci PŞ-nə gətirilərkən uca səslə səsküy salaraq təpik və yumruqla şöbənin inzibati binasının dəhlizində divara çoxsaylı zərbələr endirmiş, nəticədə xəsarət almışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini, peşman olmasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini, səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi hesab edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar