Məhkəmə qərarları › İş №3(003)-921/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-921/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-921/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 19 sentyabr 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, X10 operator işləyən, ünvan 1 ünvanında yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 05 may 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-213/2019 saylı 21 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən X5 16 may 2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək, X2 ad gününü saat 10:00dan 13:00-dək, Yeni il bayramının ikinci günü saat ilə 15:00-dan saat 18:00-dək, Novruz bayramının ikinci günü saat 15:00-dan saat 18:00-dək görüş vaxtı müəyyən edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-213/2019 saylı 21 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən X5 16 may 2017-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək, X2 ad gününü saat 10:00-dan 13:00-dək, Yeni il bayramının ikinci günü saat ilə 15:00-dan saat 18:00-dək, Novruz bayramının ikinci günü saat 15:00-dan saat 18:00-dək görüş vaxtı müəyyən edilmişdir. İcra sənədinin icrası zamanı tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında müxtəlif səbəblərə görə anlaşılmazlıqlar olur, tərəflər bu və ya digər səbəbə görə bir-birinə qarşı əsaslı və ya əsassız iradlar bildirirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İcra şöbəsinə müraciət edərək bildirir ki, tələbkar X8 hər həftənin bazar günü uşağı götürür, lakin vaxtında qaytarmır, bu barədə tədbir görülməsini xahiş edir. Tələbkar isə mart ayının 19, 22, 26-sı və aprel ayının 2, 9, 16 və 30-unda övladı ilə ünsiyyətinin təmin edilmədiyini bildirir və bu barədə tədbir görülməsini xahiş edir. Nəticədə icra sənədinin icrası çətinləşir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs son vaxtlarda bir neçə dəfə uşağı görüşə gətirməmiş və bu barədə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən onun barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar tələbkar X8 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs son vaxtlarda bir neçə dəfə uşağı görüşə gətirməmiş, nəticədə mart ayının 19, 22, 26-sı və aprel ayının 2, 9, 16 və 30-unda övladı ilə ünsiyyəti təmin edilməmişdir. Sonuncu dəfə uşağı 23 apreldə görmüşdür, ondan əvvəl də uşağı ona göstərməmişlər. Halbuki, o, hər ay aliment ödəyir və uşağın özəl bağçaya getməsi üçün əlavə olaraq 300 manat da ödəmişdir. Uşaq Buzovnada, o isə “Koroğlu” metrosunun ərafında yaşayır, ona gərə də ondan asılı olmayan səbəblərə görə 40-45 dəqiqə gecikmə olur. Dövlətin adından çıxarılaraq qanuni qüvvəyə minmiş və icrası hamı üçün məcburi olan icra sənədinin icrasından yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamaq müvafiq məsuliyyətə səbəb olur. Bütün bunların nəzərə alınaraq pozulmuş hüquqlarının bərpasına köməklik göstərilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, icra sənədinin icrasına heç vaxt maneçilik törətməmişdir. Hələ azyaşlı olan uşağın atasını tanımasını istəyir. Tələbkar bazar günü uşağı götürüb saat 18:00-da qaytarmalı olmasına baxmayaraq, gec qaytarır, uşağı ona qarşı öyrədir, onun-bunun qapısına aparır, psixikasını və tərbiyəsini pozur. Bundan bağqa, son üç ayda aliment də ödəməmişdir, halbuki, uşaq böyüdükcə tələbatı da böyüyür. İcra sənədini icra etməyin onun vəzifəsi olduğunu bilir, bundan yayınmır, bundan sonra həmin sənədin icrasını təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra vərəqəsini müxtəlif bəhanələrlə icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar