Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-921/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaş, ünvan 1 ünvanında yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsindən daxil olmuş 07 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6677/2017 saylı, 12 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən 2 uşağa görə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğ Şəxs tutularaq X6 ödənilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1130/2024 saylı, 11 mart 2024-cü il tarixli icra sənədinə əsasən X5 ilə "xxxx" MMC-nin rəhbəri olduğu dövrdə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinin rədd edilməsi qərara alınmışdır. Hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6677/2017 saylı, 12 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən ödənilməmiş borcu 7750 (yeddi min yeddi yüz əlli) manat təşkil edir. Borclu icra sənədi üzrə olan tələbi icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, həqiqətən borcu mövcüddur, məhkəmənin qətnamələrindən məlumatlıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1130/2024 saylı, 11 mart 2024-cü il tarixli icra sənədini ona görə icra edə bilmir ki, o formal olaraq "xxxx" MMC-nin rəhbəri olub. Həmin şirkətlə heç bir bağlılığı yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6677/2017 saylı, 12 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən borcunu ödəməkdən yayınmır. Maddi durumu yaxşı olduqda ödəyəcəyini bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X10 bildirdi ki, o, borcunun ödənilməsini tələb edir, əks halda barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6677/2017 saylı, 12 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən 2 uşağa görə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğ Şəxs tutularaq X6 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1130/2024 saylı, 11 mart 2024-cü il tarixli icra sənədinə əsasən X5 ilə "xxxx" MMC-nin rəhbəri olduğu dövrdə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinin rədd edilməsdir. -icra sənədlərin bir icraatda birləşdirmə haqqında 06 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6677/2017 saylı, 12 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən 2 uşağa görə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğ Şəxs tutularaq X6 ödənilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1130/2024 saylı, 11 mart 2024-cü il tarixli icra sənədinə əsasən X5 ilə "xxxx" MMC-nin rəhbəri olduğu dövrdə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinin rədd edilməsi barədə icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 07 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X9 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-921/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-921/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver