Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-922/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkil X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 09 iyun 2022-ci il tarixli protokola əsasən Şəxs MMC 17186,77 ABŞ dolları məbləğində vəsaiti 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 17186,77 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti arasında ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli və ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqavilələr bağlanmışdır. Şəxs MMC həmin müqavilələrə əsasən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin bank hesabına avans yolu ilə 98365,37 ABŞ dolları pul ödəmiş, bu pulun müqabilində 112504,06 ABŞ dolları məbləğində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmiş və bununla bağlı müvafiq gömrük bəyannamələri verilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti arasında bağlanmış ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, müqavilənin müddəti 1 il müəyyən olunmuş və müqavilə dəyəri 300000 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti arasında bağlanmış ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, müqavilənin müddəti 1 il müəyyən olunmuş və müqavilə dəyəri 300000 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 09 yanvar 2020-ci il tarixdə 15745 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 21 fevral 2020-ci il tarixdə 12670 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 06 mart 2020-ci il tarixdə 16555 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 03 iyun 2020-ci il tarixdə 17186,77 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 23 yanvar 2020-ci il tarixdə 15355 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 13 noyabr 2020-ci il tarixdə 20853,6 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 08 yanvar 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 15468,29 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 15129,33 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 12 mart 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 14765,18 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 14 mart 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 16348,37 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 09 iyun 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 16444,11 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyun 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 15639,38 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 04 dekabr 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 18709,40 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən Şəxs MMC ilə «Boycelik Metal Sanayi və Ticaret A S» şirkəti arasında ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli və ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqavilələr bağlanmışdır. Hər bir müqavilənin müddəti ayrı-ayrılıqda 1 il, müqavilə dəyəri isə ayrı-ayrılıqda 300000 ABŞ dolları müəyyən olunmuşdur. Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə avans yolu ilə ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 09 yanvar 2020-ci il tarixdə 15745 ABŞ dolları, 21 fevral 2020-ci il tarixdə 12670 ABŞ dolları, 06 mart 2020-ci il tarixdə 16555 ABŞ dolları, 03 iyun 2020-ci il tarixdə 17186,77 ABŞ dolları, ***-**** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 23 yanvar 2020-ci il tarixdə 15355 ABŞ dolları, 13 noyabr 2020-ci il tarixdə 20853,6 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Həmin pulların müqabilində göndərilmiş ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 08 yanvar 2020-ci il tarixdə 15468,29 ABŞ dolları, ***- **** nömrəli, 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 05 fevral 2020-ci il tarixdə 15129,33 ABŞ dolları, 12 mart 2020-ci il tarixdə 14765,18 ABŞ dolları, 14 mart 2020-ci il tarixdə 16348,37 ABŞ dolları, 09 iyun 2020-ci il tarixdə 16444,11 ABŞ dolları, 18 iyun 2020-ci il tarixdə 15639,38 ABŞ dolları və 04 dekabr 2020-ci il tarixdə 18709,40 ABŞ dolları məbləğində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Ümumilikdə ***-**** nömrəli, 07 yanvar 2020-ci il tarixli və ***-**** nömrəli, 22 yanvar 2020ci il tarixli müqaviləyə əsasən Şəxs MMC tərəfindən «Boycelik Metal Sanayi və Ticaret A S» şirkətinin xeyrinə avans yolu ilə ödənilmiş 98365,37 ABŞ dolları pulun müqabilində 112504,06 ABŞ dolları məbləğində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-922/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-922/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver