Məhkəmə qərarları › İş №3(003)-922/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-922/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-922/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Məzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının DİN Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2023-cü il tarixdə X3 və onun həyat yoldaşı L.Məmmədova birlikdə onlara məxsus olan “Vaz-2106” markalı avtomaşınla yaşadıqları evin yanında olan zaman qonşuluqda yaşayan Şəxs yolun kənarından qəfildən qabaq alın şüşəsinə daş ataraq şüşəni qırmış, avtomaşının digər detallarını zədələmişdir. Baş vermiş hadisə zamanı zərərçəkmiş şəxsə təxminən 200 manat maddi ziyan dəymişdir. Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə MN N-1680203 seriyalı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs, zərərçəkmiş şəxs və protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 aprel 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətindən daxil olan məlumat HK-1-392 sayda qeyd alınaraq icraatıma qəbul edilmişdir. ünvan 1 ünvanda yaşayan vətəndaş X1 RPİ-nin 2-ci PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı L.Məmmədova ilə birlikdə ona məxsus olan Vaz-2106 markalı avtomaşınla yaşadığı evin yanında olan zaman qonşuluqda yaşayan Arzuman adlı şəxs yolun kənarından qəfildən qabaq alın şüşəsinə daş ataraq şüşəni qırmış, avtomaşının digər detallarını zədələmişdir. Baş vermiş hadisə zamanı ona təxminən 200 manat maddi ziyan dəymişdir. Xahiş etmişdir ki, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunsun. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material cinayət işinin başlanması rədd edilməsi, Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsi əsasında X2 barəsində tədbir görülməsi üçün ərazi üzrə polis sahə inspektoruna qərarın surəti təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 232-1.ci maddəsinin tələbinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzrədə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 100 manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar