Məhkəmə qərarları › İş №3(003)-926/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-926/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-926/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə 07 noyabr 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 206-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən (bundan sonra mətndə Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ 1-ci PŞ-nə dəvət olunmuşdur. Belə ki, Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-dən daxil olmuş 01 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş və orada onun narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Bundan sonra Şəxs həkim müayinəsindən keçməkdən ötrü Respublika Narkoloji Mərkəzinə göndərilmiş və alınmış 18 iyun 2021-ci il tarixli 1883 №-li akta əsasən onun sidiyində OPİ (+) preparatı aşkar edilmişdir. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci PŞnin sahə inspektoru, polis mayoru X3 tərəfindən 01 iyul 2021-ci il tarixli MN ******* saylı Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında 01 iyul 2021ci il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan kakosdan istifadə edir, sonuncu dəfə 17 iyun 2021-ci il tarixdə marixuanadan istifadə etmişdir. 18 iyun 2021-ci il tarixdə Şüvəlan qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və 1-ci PŞ-nə gətirilmişdir. Sorğu-sual zamanı o, narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Əməlindən peşmandır. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib edilmiş 18 iyun 2021-ci il tarixli 1883 №-li aktdan görünür ki, müayinə zamanı Şəxs sidiyində OPİ (+) aşkar edilmişdir. İş materiallarında olan Xəzər RPİ 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev tərəfindən qəbul edilən 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Nakoloji X7 Şəxs Ambulator X1 22 iyun 2021-ci il tarixli, 2028 nömrəli rəyindən görünür ki, Şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikasının İXM-nin 115.3-cü maddəsinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. Azərbaycan Respublikasının İXM-nin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini, ona Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114, 115.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 07 noyabr 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Həbsetmənin əvvəli 01 iyul 2021-ci il tarixdə saat 12:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar