Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-926/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Şəxs xx.xx.1979-cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi YYM-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində Binə körpüsü-Hava limanı yolunda sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “KİA RİO” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Zərərçəkmiş şəxs1, sürücü Şəxs və sərnişin Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Xəzər RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis mayoru Əli Xəlov tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ilkin toplanmış material Xəzər RPİ-nin DYPŞ-dən alınaraq materiala əlavə edilmişdir. Azərbaycan Respublikası ƏN MEM-nin 8/890 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində Binə körpüsü-Hava limanı yolunda sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “KİA RİO” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hər iki sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müxtəlif maddələrinin tələblərinə uyğunsuzluq olmuşdur və hər iki sürücünün hadisənin qarşısını almağa texniki inkanı olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmiş və Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı toplanmış material üzrə alınmış izahatlardan və Azərbaycan Respublikası ƏN MEM-nin 8/890 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “KİA RİO” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 əməlində isə AR İXM-nin 327.8-ci madəsinin tərkibinin yarandığından, sürücü X2 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş qərarın surətinin Xəzər DYPŞ-nə göndərilməsi, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə AR İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından, sürücü Şəxs barəsində inzibati tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surətinin Xəzər DYPŞnə göndərilməsi qərara alınmışdır. “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında qanun”un tələblərini pozmuşdur və onun əməlində AR İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin DYPŞ-nin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməlidir. Hadisə ilə bağlı Xəzər RPİ-nin DYPŞ YNH inspektoru, polis leytenantı Əsgərov Ramil tərəfindən 29 aprel 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində taksi fəaliyyəti göstərdiyi və idarə etdiyi "Toyota Prius" markalı **-BM-*** dövlət qeydiyyat nișanlı avtomobilinə Binə qəsəbəsi ərazisndə qadın sərnişin əyləşdirib, avtomobili Binə qəsəbəsi istiqamətindən, Mərkəz-Şəhər istiqamətində hərəkətə gətirmişdir. Bine körpüsünün üzərində saatda texminən 60-70 km sürətlə Hava Limanının yolu istiqamətində iki istiqamətli yolun sağdan 1-ci zolağı ilə hərəkət edərkən, fikirli olduğundan, körpünün qurtaracağında olan 2,4 yol nişanına məhəl verməyib saatda texminən 60-70 km süretlə körpüdən enib, Hava Limanı istiqqamətindən, Körpünün üzerinə qalxan yola daxil olub, Hava Limanı istiqamətindən, Binə körpüsünün üzərinə qalxmaq istəyən "Kia" markalı avtomobilin qarşısına çıxıb, idarə etdiyi avtomobilin qabaq tərəfi “Kia” markalı avtomobilin qabaq tərəfinə, yolun sağ tərəfində beton səkinin kənarında çırpılmışdır. Hadisə zamanı o və sərnișin qadın yüngül dərəcəli bədən xəsarəti almışlar. Hadisədən sonra bədənində olan ağrılar üzündən narkoloji dispanserə gedə bilməmişdir. Hadisədən sonra hadisə yerinə Xəzər RPİ-nin, DYPŞ-nin əməkdaşları gələrək, hadisə yerinin müayınəsi aparılmış, o, DYPŞ-nə dəvət olunduqdan sonra səhhətində ağrılar olduğundan TTYB-na müraciət etmişdir. Baş vermiş hadisədən peşmandır, ailəsinin yeganə qazanc gətirənidir, taksi sürücülüyündən başqa bir peşəsi yoxdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir və onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs - "Toyota Prius" markalı **-BM-*** dövlət qeydiyyat nișanlı avtomobilin sərnişini olmuş X4 qizı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, həmin vaxt o, avtomaşının arxa oturacağında oturmuş, hadisə isə anidən baş vermişdir, yola baxmadığı üçün hadisənin necə baş verməsini görə bilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli xəsarət alsa da, hazırda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayəti və ya digər tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində idarə etdiyi "Kia" markalı **-ER-*** dövlət qeydiyyat nişanl avtomobil ilə Hava Limanının körpüsü daxilində olan parklanma yerindən çıxıb, avtomobil ilə saatda təxminən 40 km sürətlə Binə istiqamətində hərəkət edən zaman, qarşidan Binə körpüsünün üzərindən dayanmadan hərəkətdə olduğu yola "Toyota Prius" markalı avtomobilin daxil olmasını təxminən 30-35 metr aralı məsafədən görüb, idarə etdiyi avtomobil ilə "Toyota Prius” markalı avtomobilin toqquşmasından yayınmaq üçün öz avtomobilini sol tərəfə yönəltsə də, körpünün üzərindən baş yola dayanmadan çıxan "Toyota Prius" markalı avtomobildə sol tərəfə hərəkət edib, hərəkətdə olduğu istiqamətin sol tərəfində tam səkinin kənarında onun avtomobilinin qabaq tərəfinə çırpılmışdır. Yolnəqliyyat hadisəsi zamanı xəsarət almış, həmin vaxt maşında iş yoldaşı Əli Bayramov adlı şəxs də olmuşdur. Ona dəymiş zərərin yarısını sığorta şirkəti ödəmişdir. Lakin buna baxmayaraq, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və DİN-ninn TŞ kamerasından hadisənin videogörüntüləri alınaraq materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizalarının rəylərindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “KİA RİO” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və həmin maşının sərnişini Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-926/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-926/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver