Məhkəmə qərarları › İş №3(003)-929/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-929/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-929/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, İİ dərəcəli əlilliyi olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Pirallahı rayonu Zİrə qəsəbəsi bağlar massivi ünvanında qeydiyyatda olan və ünvan nvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 02 iyul 2021-ci il tarixli MN 047577 nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-297/2017 nömrəli 18 yanvar 2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1217K saylı bağ sahəsi cavabdeh Şəxs qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 təhvil verilməsi və iddiaçı X5 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh Şəxs tutulub iddiaçıya verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-297/2017 nömrəli 18 yanvar 2017-ci il tarixli icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, qanuni qüvvədə olan icra vərəqəsini indiyə qədər icra etməmişdir. Ona görə də Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X3 göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1217 K saylı bağ sahəsinin mülkiyyətçisidir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Şəxs onun mülkiyyətində olan bağ sahəsini zəbt etmiş, hazırda bağ sahəsindən çıxmaq istəmir və onun mülkiyyət hüququnu pozur. O, həmin bağ sahəsinin mülkiyyətçisi olsa da, özünə məxsus əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarından məhrum olmuşdur. Bütün bunların nəzərə alınaraq qanuni qüvvədə olan icra vərəqəsinin icra edilməsini və Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, həmin torpaq sahəsi ona ata-babasından qalmışdır, ona məxsusdur və o, uzun illərdir ki, həmin bağ sahəsindən istifadə edir. Tələbkarın həmin bağ sahəsinə heç bir aidiyyəti yoxdur, çünki, tələbkara məxsus bağ sahəsi tamam başqa yerdə yerləşir, sadəcə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bağların nömrələri sonuncu dəfə dəqiqləşdirilərkən qeyri-dəqiqliyə yol verilmiş və faktiki olaraq uzun illərdən bəri istifadə etdiyi, məişət şəraiti qurduğu, ağaclar əkdiyi bağa səhvən tələbkarın bağının nömrəsi verilmişdir. Bunu düzgün hesab etmir və pozulmuş hüquqlarının bərpasından ötrü mümkün olan bütün hüquqi vasitələrdən istifadə edəcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində icra vərəqəsini icra etməməyə cəhd göstərməmiş, həmin icra vərəqəsini müxtəlif bəhanələrlə indiyə qədər icra etməkdən yayınmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Bununla belə, məhkəmə hesab edir ki, Şəxs İİ dərəcəli əlilliyinin olmasına görə onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi mümkün olmadığı üçün Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 34-1, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, İİ dərəcəli əlilliyi olan, işləməyən, Bakı şəhəri Pirallahı rayonu Zİrə qəsəbəsi bağlar massivi ünvanında qeydiyyatda olan və ünvan nvanında yaşayan Şəxs oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə ona 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar