Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-932/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə xx.xx.1980-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə FZ 733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs müşayiət olunan kiçikölçülü çemodanla birlikdə gömrük nəzarətinin “Yaşıl Kanal”-ı istiqamədində gömrük nəzarətinə yaxınlaşıb orada xidmət aparan gömrük əməkdaşından hansı istiqamətdə çıxış qapısına gedəcəyini soruşmuş, onun qoluna taxdığı qol saatı diqqət çəkdiyi üçün sonuncu gömrük nəzarətinin “Qırmızı Kanal”-ına istiqamətləndirilmişdir. Həmin yerdə ona məxsus çemodan “X-RAY” rentgen aparatına yerləşdirilmiş, daha sonra sonuncu yoxlanışı başa çatdırıb çantasını götürüb getmək istərkən ondan gömrük orqanına bəyan ediləcək hər hansı predmetin olub-olmadığını soruşduqda Şəxs cavabında bəyan ediləcək hər hansı əşyanın olmadığını bildirmiş, lakin o qoluna taxdığı qol saatı ilə əlaqədar hər hansı fikir bildirməmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 aprel 2025-ci il tarixli 00800-00499/25 nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 00800-00499/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə FZ 733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs müşayiət olunan kiçikölçülü çemodanla birlikdə gömrük nəzarətinin “Yaşıl Kanal”-ı istiqamədində gömrük nəzarətinə yaxınlaşıb orada xidmət aparan gömrük əməkdaşından hansı istiqamətdə çıxış qapısına gedəcəyini soruşmuş, onun qoluna taxdığı qol saatı diqqət çəkdiyi üçün sonuncu gömrük nəzarətinin “Qırmızı Kanal”-ına istiqamətləndirilmişdir. Həmin yerdə ona məxsus çemodan “X-RAY” rentgen aparatına yerləşdirilmiş, daha sonra sonuncu yoxlanışı başa çatdırıb çantasını götürüb getmək istərkən ondan gömrük orqanına bəyan ediləcək hər hansı predmetin olub-olmadığını soruşduqda Şəxs cavabında bəyan ediləcək hər hansı əşyanın olmadığını bildirmiş, lakin o qoluna taxdığı qol saatı ilə əlaqədar hər hansı fikir bildirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/62-5/05-5/97-9/57 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 147,5 qram kütləli üzərində qara rəngli və rəngsiz, şəffaf qaşlar olan, siferblatının iç tərəfində “Z754008” seriya nömrəsi və “X2 DATE SUBMARİNE 1000 ft=300m SUPERLATİVE CHRONOMMETER OFFİCİALLY CERTİFED” yazıları, qolbağının kilid hissəsində “STEELİNOX ROLEXSA OP8 72200 ROLEX GENEVA SWİSS MADE” yazıları olan, gümüşü rəngli 1 ədəd qol saatı qiymətsiz metal ərintisindən (dəmir, xrom, nikel və s.) hazırlanmışdır. Qol saatının üzərində olan qaşlar qiymətli daşlara aid deyil. Təqdim olunan 1 ədəd “X2 DATE SUBMARİNER” yazısı olan qol saatında olan əmtəə nişanı beynəlxalq qeydiyyatda olan “Rolex” əmtəə nişanı ilə eynidir. Təqdim edilmiş qol saatının orijinal olub-olmaması barədə rəy "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 10- 2024 saylı mütəxəssis rəyində göstərilmişdir. Saatın xx.xx.2024-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 250 manatdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 448-ci maddəsinə əsasən, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlini səmimi etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – saxta mal müsadirə edilməklə cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, “X2 Date Submarıner” adlı qol saatı müsadirə edilməklə ona 500 (beş yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-932/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-932/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver