Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-933/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1 və 480ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə J212 saylı Dubay- Bakı avia marşrutu üzrə hərəkət edən Şəxs məxsus yüklər skan qurğusundan keçirilərkən “dyson v15s detect submarine” markalı tozsoran qutusunun içərisində drona oxşar cizgilər olduğu müşayiət olunduğundan sərnişin yoxlama otağına dəvət edilmiş, yoxlama zamanı “dyson v15s detect submarine” markalı tozsoran qutusunun içərisindən gizlədilmiş halda, əvvəlcədən gömrük orqanına yazılı, şifahi və ya elektron formada bəyan edilməyən DJİ markalı DRON, həmçinin sərnişinə məxsus qara rəngli baqaj çamadanına baxış zamanı isə qeyd olunan drona məxsus çanta və aksesuarlar aşkar edilərək götürülmüşdür. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1 və 480-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli 00800-00522/25 saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsində verdiyi izahatı təsdiq etdi və əməli etiraf edərək səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 00800-00522/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə J212 saylı Dubay-Bakı avia marşrutu üzrə hərəkət edən Şəxs məxsus yüklər skan qurğusundan keçirilərkən “dyson v15s detect submarine” markalı tozsoran qutusunun içərisində drona oxşar cizgilər olduğu müşayiət olunduğundan sərnişin yoxlama otağına dəvət edilmiş, yoxlama zamanı “dyson v15s detect submarine” markalı tozsoran qutusunun içərisindən gizlədilmiş halda, əvvəlcədən gömrük orqanına yazılı, şifahi və ya elektron formada bəyan edilməyən DJİ markalı DRON, həmçinin sərnişinə məxsus qara rəngli baqaj çamadanına baxış zamanı isə qeyd olunan drona məxsus çanta və aksesuarlar aşkar edilərək götürülmüşdür. Şəxs polis şöbəsinə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə Dubay şəhərinə alış-veriş üçün getmişdir. Orada olarkən marağını cəlb etdiyi üçün şəxsi istifadə məqsədilə 1 ədəd DJİ markalı dron almışdır. Həmçinin ev üçün “Dyson v15s detect submarine” markalı tozsoran da almışdır. Dronun qutusu olmadığı üçün onu tozsoranın qutusunun içərisinə qoydu ki, yolda qırılmasın. xx.xx.2024-cü il tarixdə Dubaydan qayıdarkən Bakı Beynəlxalq Hava Limanında yüklərini baqaj lentindən götürüb “qırmızı kanal”-a yaxınlaşmışdır. Yüklərdən “dyson v15s detect submarine” markalı tozsoran qutusunun içərisində drona oxşar cizgilər olduğu müşahidə olunduğuna görə onun yoxlama otağına dəvət etdilər. Yoxlama zamanı “dyson v15s detect submarine” markalı tozsoran qutusunun içərisindən, qutusuz DJİ markalı Dron aşkar edilmişdir. Daha sonra ona məxsus qara rəngli baqaj çamadanına baxış zamanı qeyd olunan drona məxsus çanta və aksesuarlar aşkar edilərək götürülmüşdür. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə -məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlini səmimi etiraf etməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 592-1 və 480-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 592-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – pilotsuz uçuş aparatı müsadirə edilməklə cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1 və 480-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə “DJİ” markalı pilotsuz uçuş aparatı müsadirə edilməklə ona 150 (bir yüz əlli) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-933/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-933/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver