Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-95/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi Dövlət X3 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs avtomobilinə sərnişin kimi əyləşmişlər. Şəxs tərəfindən avtomobil idarə olunan vaxtı avtomobil sürüşürək arakəsməyə dəymişdir. Hadisə zamanı onun başı xəsarət almışdır. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Şəxs avtomobilinə sərnişin kimi Zərərçəkmiş şəxs1 ilə birlikdə əyləşmişdir. Hadisə zamanı gözü xəsarət almışdır. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi iştirak etməmişlər, məhkəmə, işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibinin yarandığı üçün barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış material Xəzər RPİ-nin X7 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, günahkar sürücü X1 xx.xx.2023-cü il tarixində təxminən səhər saat 05 radələrində etibarnamə ilə idarə etdiyi Opel Meriva markalı 77-ЕЈ- 534 qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi ilə Şüvəlan qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən surət həddini duzgün seçmədiyindən idarə etdiyi avtomobil sürüşərək yolun mərkəzində olan beton arakəsməyə dəymiş, nəticədə avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1157 nömrəli ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin qançırı, burunun əzilmiş yarası, sağ və sol saidin, sol dirsəyin, sol dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X4” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1366 nömrəli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin əzilmiş yarası küt əşya təsirindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində təxminən səhər saat 05 radələrində etibarnamə ilə idarə etdiyi Opel Meriva markalı 77-ЕЈ- 534 qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi ilə Şüvəlan qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən surət həddini duzgün seçmədiyindən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-95/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-95/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver