Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-951/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərər çəkmiş şəxs X2 iştirakı ilə 06 aprel 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə evli, himayəsində 1 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN № ******* seriyalı, 08 may 2023-cü il tarixli protokola əsasən Şəxs X2 etibarından sui-istifadə edərək ona məxsus olan “X7” markalı mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən 14 aprel 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay müddətə azadlıın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “X7” markalı mobil telefonu X1 150 manata almağa razılaşmışlar. Həmin məbləğdən R.S.Şahverdiyevə 85 manat ödəmiş, qalan pulu isə verə bilməmişdir. Zərər çəkmiş şəxsin zərərini ödəmək istədiyini və məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmədə iş üzrə zərər çəkmiş şəxs X4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Şəxs ilə birlikdə Binə qəsəbəsində yerləşən çayxanada oturub çay içərkən Şəxs ona məxsus dəyəri 370 manat olan “X7” markalı mobil telefonunu danışmaq üçün götürərək çölə çıxmışdır. Lakin sonradan həmin telefonu geri qaytarmamışdır. Telefonunun qaytarılmasını tələb etdiyini bildirərək, Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Binə qəsəbəsində X2 etibarından sui istifadə edərək ona məxsus dəyəri 370 manat olan X7” markalı mobil telefonunu mənimsəmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli oğurluq kimi deyil, dələduzluq kimi qiymətləndirilməlidir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, heç bir yerdə işləməməsini, törətdiyi əməli nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 may 2023-cü il tarixdə saat 19:09-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutmanın əvvəli 06 may 2023-cü il tarixdən, saat 19:09-dan hesab edilsin. Qərarın icrası Xəzər RPİ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-951/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-951/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver