Məhkəmə qərarları › İş №3(003)-958/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-958/2021

10.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-958/2021 10.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01.02.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, “Şəms” müəssisəsində müdir vəzifəsində işləyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi ev 64-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis kapitanı X2 daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 10 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 09.07.2021-ci il tarixdə saat 19:00-dan etibarən Xəzər rayon polis idarəsinin inzibati ərazisində fəaliyyət göstərən şadlıq saraylarına karantin rejiminə əməl olunması ilə əlaqədar reyd keçirilmişdir. Reyd zamanı ünvan 1 ünvanında yerləşən Şəxs tərəfindən işlədilən “Səda” şadlı sarayında 150 nəfər üçün nəzərdə tutulmuş zalda 180 nəfər qonaq iştirak etmişdir. Eyni zamanda toy mərasiminin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən toy sahibi ilə iltizamnamə imzalayaraq “icazə.e-qov.az” hökümət portalından qeydiyyatdan keçmədiyi bə bununla karantin rejimi qaydalarına riayət etmədiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraf edərək bildirdi ki, 26.06.2021-ci il tarixdə “icazə.e-qov.az” hökümət portalından qeydiyyatdan keçməklə bağlı tələblərə uyğun olaraq müraciət etmiş, lakin bu müraciətnin qeydi uğursuz alınmış və “icazə.e-qov.az” hökümət portalından qeydiyyatdan keçməmişdir. Toy mərasimi zamanı 150 nəfər iştiak etməli olduğu halda 180 nəfər iştirak etmişdir. Özünü təqsirli bilərək yüngül tənbeh təbbiri tətəbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis kapitanı X1 10 iyul 2021-ci il tarixli raportundan görünür ki, 09.07.2021-ci il tarixdə saat 19:00-dan etibarən Xəzər rayon polis idarəsinin inzibati ərazisində fəaliyyət göstərən şadlıq saraylarına karantin rejiminə əməl olunması ilə əlaqədar reyd keçirilmişdir. Reyd zamanı ünvan 1 ünvanında yerləşən X6 tərəfindən işlədilən “Səda” şadlı sarayında 150 nəfər üçün nəzərdə tutulmuş zalda 180 nəfər qonaq iştirak etmişdir. Eyni zamanda toy mərasiminin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən toy sahibi ilə iltizamnamə imzalayaraq “icazə.e-qov.az” hökümət portalından qeydiyyatdan keçmədiyi və bununla karantin rejimi qaydalarına riayət etmədiyi müəyyən olunmuş, həmin şəxs sənədləşmə aparılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət edilmişdir. 10 iyul 2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şiriyev X5 Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 saylı qərarının 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir; Həmin qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir; Həmin qərarın 2.5-3.8-ci bəndinə əsasən bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetini qərarı ilə müəyyən edilmiş qaydaların tələblərini pozmuşdur. Qeyd olunan halı Şəxs mübahisələndirməyərək etiraf etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 10.07.2021-ci il tarixdən saat 14:10-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 iyul 2021-ci il tarixdən saat 14:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar