Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-959/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, “Poçt Göndərişləri” gömrük postundan daxii olmuş xx.xx.2022-ci il tarixli, 34/020/005156 nömrəli raporta əsasən “X9” MMC-nin ünvanına Türkiyə Respublikasından ***- *******0 nömrəli aviaqaimə ilə daxil olmuş poçt göndərişinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir nesə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş, risk qiymətləndirilməsi həyata keçirilmiş və aparılan gömrük baxışı zamanı Sərxan Xudiyev, Elnur İbrahimov, Aysun Təhməzova, Aygün Hacıveva, Ramiz Məmmədov, Telli İbrahimova, Məhəbbət Məmmədovanın adlarına göndərilən 11 (on bir) ədəd bağlamanın bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi, eyni ünvandan göndərilməsi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırmışdır. xx.xx.2022-ci il tarixli, 34/020/005156 nömrəli raporta əsasən X7 Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsində araşdırma başlanılmışdır. Müvafiq qanunvericiliyə uyğun olaraq keçirilən yoxlama zamanı adları qeyd edilən şəxslərlə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdirlər. X6, X5. X2 və X4 izahatlarına əsasən müəyyən olunmuşdur ki, “X11” MMC vətəndaşların şifahi müraciətləri əsasında sözügedən şirkətin proqramında vətəndaşların adına onların şəxsi məlumatlarının doldurulmasını təmin edərək onlar adına səhifə açırlar və mallar şirkətin Türkiyə Respublikasındakı anbarına çatdıqda vətəndaşların istəyi ilə "xxxx" proqramında malları bəyan edirlər. Eyni zamanda izahatlardan müəyyən olunmuşdur ki, malların “X12" MMC-nin və "xxxx" proqramlarında bəyan edilməsi işi Şirkətin meneceri X2 tərəfindən edilir. Sərxan Xudiyev, Elnur İbrahimov, Aysun Təhməzova, Aygün Hacıveva, Ramiz Məmmədov, Telli İbrahimov və Məhəbbət Məmmədova adlı şəxslərin adlarına göndərilən 11 (on bir) ədəd bağlamanın "xxxx" proqramında hansı ad ilə bəyan olunması ilə bağlı “Gömrük Xidmətinin Vahid X1 informasiya resursu”na baxış keçirilmiş və adları qeyd edilən şəxslərin adına göndərilən malların "xxxx" proqramında “geyim aksessuarları”, “kosmetik vasitələr, “ev aksessuarları” kimi bəyan edildiyi müəyyən olunmuşdur, Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixində yaradılan "xxxx" proqramında malları bəyan etmə zamanı “Kateqoriya” bölümündə “zinət əşyaları” seçdikdə zinət əşyasının növünü seçmək üçün bölmə açılır və bu zaman həmin bölmədə “gümüş” və “qızıl" sözləri yazılan xanalar açılır. Bu səbəbdən “X11” MMC tərəfindən mallar "xxxx" proqramında bəyan edilərkən sifariş edilən malların adlarına uyğun olaraq seçim edilə və kateqoriya bölümündə zinət əşyası olaraq gümüş növü seçilə bilərdi. Orxan Məmmədov və Elman İbrahimov izahatlarında qeyd etmişlər ki, Türkiyə Respublikasında yaşayan Fatehə gümüş zinət əşyalarına görə O.Məmmədov 400 ABŞ dolları, E.İbrahimov təxminən 1000 ABŞ dolları məbləğində pul ödənişi etmişlər. Lakin O.Məmmədovun izahatında adlarını qeyd etdiyi Sərxan Xudiyev və Məhəbbət Məmmədova adlı şəxslərin adlarına gələn 3 ədəd bağlamaya məxsus invovs sənədlərində malların dəyəri ümumilikdə 922.80 türk lirəsi, E.İbrahimovun izahatında adlarını qeyd etdiyi Elnur İbrahimov, Avsun Təhməzova, Aygün Hacıveva, Ramiz Məmmədov, Telli İbrahimova adlı şəxslərin adlarına gələn 8 ədəd bağlamaya məxsus invovs sənədlərində malların dəyəri ümumilikdə 2403.20 türk lirəsi göstərilmişdir. İnvoysda qeyd edilən bu məbləğlər isə izahatlarda qeyd edilən məbləğlərlə eynilik təşkil etmədiyi üşün malın dəyərinin aşağı bəyan olunması şübhəsi yaratmışdır. Hər iki şəxsin və “X13” MMC-nin meneceri Şəxs izahatlarından məlum olmuşdur ki, malları "xxxx" proqramında Şəxs sifariş edir. Beləliklə, vətəndaşların və “X14” MMC-nin meneceri Şəxs izahatlarına əsasən, vətəndaşların öz istəyi ilə olsa da malları “X13” MMC-nin və "xxxx" proqramında Şəxs bəyan etdiyi və “X14” MMC-nin proqramında yuxarıda adları qeyd edilən şəxslərin səhifələri yaradılarkən 300 ABŞ dollar limiti keçilməsin deyə malların müxtəlif şəxslərin adlarına sifariş edildiyi, bunun üçün bir necə şəxsin şəxsiyyət vəsiqəsindəki məlumatların Şəxs təqdim edilməsi və sözügedən malların "xxxx" proqramında “gümüş” kimi deyil, “geyim aksessuarları”, “kosmetik vasitələr, “ev aksessuarları” kimi bəyan edilməsi istehsal və va digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və va kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi müəyyən olunmuşdur. Həmin malların invovs dəyəri 391.79 ABŞ dolları (xx.xx.2022-ci il tarixinə olan məzənnəyə əsasən 666,043 manat) təşkil etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəyəri 391.79 ABŞ dolları olan kommersiya təyinatlı 11 ədəd poçt bağlamasını ayrı-ayrı şəxslərin adlarına sifariş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlində məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 391.79 ABŞ dolları məbləğin otuz faizi (117.53 ABŞ dolları) məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 117.53 (bir yüz on yeddi dollar əlli üç sent) ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-959/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-959/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver