Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-96/2021 05.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə xx xxxx 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər inzibati məsuliyyətinə cəlb olunmayan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsi 80 ünvanında yaşayan X1 barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 517-2.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokola əsasən X2 xx xxxxxx 2020-ci il tarixdə, saat 22:14 radələrində üzərində şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatında Bakı şəhəri Mərdəkan- Aeroport şossesində minik avtomobili ilə hərəkət edib nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətə əməl etməyərək Bakı şəhəri üzrə hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Bununla da X2 Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 22:14 radələrində Bakı şəhəri Mərdəkan-Aeroport şossesində avtomobillə yaşadığı evə qayıdan zaman quraşdırılmış stasionar polis postunda saxlanılmış, icazə portalında qeydiyyatı aktiv olmadığı üçün barəsində tədbir görülməsi üçün 2-ci PŞ-nə aparılmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma protokolundan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə, saat 22:14 radələrində tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı və digər ərazilərdə hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəmə X1 əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə X1 məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə X1 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə uyğun deyil, barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 48, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsi ilə təqsirli bilinsin ona xəbərdarlıq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-96/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-96/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver