Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-96/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkil X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli protokola əsasən Şəxs MMC 17700 ABŞ dolları məbləğində vəsaiti 03 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 17700 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC Ukraynanın Lvov şəhərində fəaliyyət göstərən «CP BRODİ MİT EXPORT Ukraine» şirkəti ilə bağladığı 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən onun bank hesabına 03 dekabr 2019-cu il tarixdə köçürmüş olduğu 17700 ABŞ dolları məbləğində vəsaitin qarşılığında 12 dekabr 2019-cu il tarixdə və 17 dekabr 2019-cu il tarixdə cəmi 24500 ABŞ dolları məbləğində diri iribuynuzlu heyvanlar göndərilmiş və bununla bağlı müvafiq gömrük bəyannaməsi verilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «CP BRODİ MİT EXPORT Ukraine» şirkəti arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli müqavilədən görünür ki, «CP BRODİ MİT EXPORT Ukraine» şirkəti ətlik diri iribuynuzlu heyvanlar göndərməli idi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «CP BRODİ MİT EXPORT Ukraine» şirkətinin xeyrinə 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən 03 dekabr 2019-cu il tarixdə 17700 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 12 dekabr 2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, «CP BRODİ MİT EXPORT Ukraine» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 12600 ABŞ dolları məbləğində ətlik diri iribuynuzlu heyvanlar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, «CP BRODİ MİT EXPORT Ukraine» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 11900 ABŞ dolları məbləğində ətlik diri iribuynuzlu heyvanlar bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən «CP BRODİ MİT EXPORT Ukraine» şirkətinin xeyrinə avans yolu 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən 03 dekabr 2019-cu il tarixdə 17700 ABŞ dolları məbləğində ödəniş olunmuş, həmin pulun müqabilində 12 dekabr 2019-cu il tarixdə 12600 ABŞ dolları, 17 dekabr 2019-cu il tarixdə isə 11900 ABŞ dolları, cəmi 24500 ABŞ dolları məbləğində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-96/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-96/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver