Məhkəmə qərarları › İş №3(003)-960/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-960/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-960/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən Beynəlxalq poçt göndərişləri vasitəsilə Almaniya Federativ Respublikasından gömrük ərazisinə gətirilən izləmə kodları CE**********E, CE189321528DE, CE189321514DE, CE189321531DE olan alıcı adları Şəxs və Jalə Hüseynova kimi göstərilmiş kosmetik vasitələrdən ibarət 4 ədəd poçt bağlaması, həmçinin sürətli poçt lisenziyasına sahib olan "xxxx" MMC vasitəsilə Jalə Hüseynova adına ABŞ-dan sifariş edilmiş izləmə kodu KLİ1408603 olan kosmetik vasitədən ibarət 1 ədəd poçt bağlaması bir neçə risk hallarının mövcudluğuna görə saxlanılmış və nəticədə malların tərkib hissəsinin təşkil edən premdetlərin eyniliyi ixracatçının eyni ünvan olması idxalatçının eyni şəxslər olması və s digər indiqatorlar sözügedən bağlamaların kommersiya təyinatlı olması barədə şübhələr formalaşdırmış bununla bağlı araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı izləmə kodları CE189321559DE, CE189321528DE, CE189321514DE, CE189321531DE olan alıcı adları Şəxs və Jalə Hüseynova kimi göstərilmiş kosmetik vasitələrdən ibarət 4 ədəd poçt bağlamalarının eləcə də alıcı adı Jalə Hüseynova kimi göstərilmiş izləmə kodu KLİ11408603 olan 1 ədəd poçt bağlamasını Azərbaycan Respublikası vətəndaşı Şəxs öz adına və tanışı Jalə Hüseynovanın adına sifariş etdiyi sifariş etdiyi predmetləri “instaqram” sosial şəbəkəsində sataraq qazanc əldə edəcəyi məlum olmuşdur. Şəxs həmin məhsulları Almaniyada fəaliyyət göstərən “Zoeva” şirkətindən sifariş etmiş və buna görə də ümumilikdə 603 ABŞ dolları pul ödəmişdir (poçt bağlamasının saxlanıldığı ünün məzənnəsinə uyğun olaraq malların gömrük dəyəri 1025,10 manat) təşkil edir. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhəddindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən 22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0137/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu bildirdi. Əməlindən peşmandır və məhkəmədən ədalətli qərar çıxarılmasını edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 603 (altı yüz üç) ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi – 180,90 (bir yüz səksən, doxsan) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 04 iyul 2022-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 180,90 (bir yüz səksən, doxsan) ABŞ dolları pul vəsaiti 307,53 (üç yüz yeddi, əlli üç) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 603 (altı yüz üç) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 180,90 (bir yüz səksən, doxsan) ABŞ dolları olmaqla 307,53 (üç yüz yeddi, əlli üç) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar