Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-965/2022 25.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi X12 Şöbəsinin baş inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnin iştirakları ilə, xx.xx.1989-cu ildə Astara rayonunun Kijəbə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədovun 15 iyun 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə müvafiq material Xəzər rayon X12 şöbəsi vasitəsilə ilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi X12 Şöbəsinin baş inspektoru, polis kapitanı X7 tərəfindən xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində təxminən saat 22 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi özünə məxsus “Opel Omega” minik markalı **-SF-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Qala-Pirallahı şossesindən Türkan qəsəbəsi istiqamətinə doğru saatda təxminən 80-100 km surətlə hərəkətdə olarkən yolun əks istiqamətinə keçərək əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “Opel Astra” minik markalı **-UZ-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq sürücü X3 və həmin avtomobildə osərnişin qismində olan X6 yüngül dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi X12 Şöbəsinin baş inspektoru, polis kapitanı X7 bildirdi ki, Şəxs özünə məxsus “Opel Omega” minik markalı **-SF-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Qala-Pirallahı şossesindən Türkan qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən yolun əks istiqamətinə keçərək əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “Opel Astra” minik markalı **-UZ-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilin sürücü X3 və həmin avtomobildə sərnişin qismində olan X6 yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və onun tərəfindən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs törədilmiş inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində özünə məxsus “Opel Astra” minik markalı **-UZ-*** qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmiş və Xəzər rayonu, Qala-Pirallahı şossesindən Türkan qəsəbəsi istiqamətinə doğru hərəkət olan zaman qarşısında hərəkətdə olan avtomobili ötmək üçün yolun əks istiqamətinə keçmiş və əks istiqamətdə hərəkətdə olan avtomobillə toqquşmuşdur. Bundan sonra sürücülük vəsiqəsi omadığına görə qorxduğundan hadisə yerini tərk etmişdir. Lakin səhəri günü özü könüllü olaraq polis idarəsinə yaxınlaşmışdır. Hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 630 nömrəli ekspert rəyindən görünür ki, A.A.Şabanovun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qulağın, sol əlin, sol dizin sıyrlıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz və açıqbaldır oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X8” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 629 nömrəli ekspert rəyindən görünür ki, N.İ.Səfərovun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun qançırı, sol saidin, sol əlin sıyrlıqları, sol dizin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin və sol ayağın yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X8” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2022-ci il tarixli, 1/2468 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimova vermiş olduğu izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində o etibarnamə ilə idarə etdiyi Opel Astra markalı 99-U2-144 qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətindən Qala qəsəbəsi istiqamətinə doğru saatda təxminən 70-80 km surətlə hərəkətdə olarkən təxminən 2-3 metr məsafədən qəflətən əks istiqamətdən gələn metallik rəngli avtomobilin onun hərəkətdə olduğu zolağa daxil olub üzərinə gəlmiş və avtomobilin ön hissəsi ilə onun avtomobilinin ön hissəsinə çırpılmış, o əyləci sıxa bilməmişdir. Qeyd etmişdir ki, hadisə zamanı avtomobildə dostu Azadla bir olmuş və hər ikisi xəsarət aldıqlarında xəstəxanaya aparılmışlar. X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimova vermiş olduğu izahatından görünür görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində dostu Nicatla Opel markalı avtomobili ilə Türkan qəsəbəsi istiqamətindən Qala dairəsi istiqamətinə doğru hərəkətdə olan zaman qəflətən əks zolaqdan gələn metallik rəngli avtomobil onların qarşısına, yəni hərəkətdə olan olduqları zolağa keçmiş və həmin avtomobillə toqquşmuşdur. Nəticədə o xəsarət almışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 332.4cü maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM): İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №3(003)-965/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-965/2022
25.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver