Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-966/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonunun Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi G.Məmmədov küçəsi ev 3 mənzil 19-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Neftçilər küçəsi ev 168A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 28 iyun 2022-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 16840 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs, 120 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında 14 may 2020-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa, borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Qeyd olunan icra sənədini icra etmədiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarı ilə 10 gün müddətə inzibati həbs edilmişdir. İcra məmurunun çağırışlarından yayındığına görə Şəxs barəsində Xəzər rayon İcra şöbəsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə axtarış elan edilmişdir. Borclu Şəxs bu günə kimi borcundan heç bir ödəniş etməmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. 28 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Şəxs göstərdi ki, keçirdiyi avtoqəza ilə bağlı səhhətində yaranmış problemə görə heç bir yerdə işləyə bilməmiş və bu səbəbdən tələbkara olan borcunu ödəyə bilməmişdir. Qətnamənin icrasına möhlət verilməsi barədə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 18 avqust 2020-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilsə, 15-20 avqust tarixlərinədək borcundan 5000 manat ödəniş edəcəkdir. 28 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, məhkəmə qətnaməsinə əsasən Şəxs ona ümumilikdə 16840 manat pul ödəməlidir. Lakin o, müxtəlif bəhanələr edərək bu günə kimi borcundan heç bir ödəniş etməmişdir. Borcundan 1000 manat məbləğində ödəniş etməsi şərti ilə Şəxs 1 həftə vaxt verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Şəxs borcundan ödəniş etməsi üçün vaxt verərək işə baxılmasını 06 iyul 2022-ci il tarixə, saat 12:50-ə təxirə salmış, lakin borclu məhkəmə iclasına gələrək üzərində olan 500 manatı tələbkara ödəyə bilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən işə baxılmasına fasilə verilməsinə baxmayaraq, borclu Şəxs qeyd olunan vaxtda məhkəmə iclasına gəlməmiş və işə baxılması 13 iyul 2022-ci il tarixə, saat 15:30-a təxirə salınmışdır. Borclu Şəxs yenə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. 28 iyul 2022-ci il tarixdə borclu Şəxs polis əməkdaşları tərəfindən məcburi surətdə məhkəməyə gətirilmişdir. 28 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, borclu ötən müddət ərzində heç bir ödəniş etməmişdir, onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, ötən məhkəmə iclasında ona müddət verildikdən sonra 07 iyul 2022-ci il tarixdə o, “Bakı CitY Hospital” kilinikasına müraciət etmiş, orada rentgen və travmatoloqun müayinəsində keçmişdir. Müayinələr nəticəsində “Posttravmatik artrit Sağ medial və orta pazabənzər sümüklərinin defektli 1-ci ayaq barmağının açıcı vətərin defekti – yoxluğu Extensor digitorum vətərinin tendiniti Posttravmatik sinir sıxılması fibroz toxumu ilə” diaqnozu qoyulmuş, 2 həftə ağır fiziki işdən azad edilmidir. Bununla əlaqədar maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra vərəqəsi üzrə borcunu ödəyə bilmir. Hələlik iş tapa bilmədiyi üçün borcundan ödəniş edə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, borclu 3 ildən artıq bir müddətdə ən müxtəlif bəhanələrlə ödənişdən yayınmış və məhkəmə qərarını icra etməmişdir.Borcluya indiyə qədər güzəştlər etsə də, heç bir nəticəsi olmamışdır. Borc məbləğinin ödənilməməsi nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Bütün bunların nəzərə alınaraq borc məbğinin tam ödənilməsinə köməklik göstərilməsini və borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonunun Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi G.Məmmədov küçəsi ev 3 mənzil 19-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Neftçilər küçəsi ev 168A-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 iyul 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-966/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-966/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver