Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-967/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, “xxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (bundan sonra “xxxxxxxxxxxxxxxx” MMC) barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM)211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi 25F ünvanda fəaliyyət göstərən “xxxxxxxxxxxxxxxx” MMCdə epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar olunmuşdur. Bu səbəbdən“xxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Baş dövlət vergi müfəttişi X1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1082 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.91-5. Strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndi və xx xxx 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.18-1. Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndləri əlavə edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əlejhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimat” təsdiq edilmişdir. Qeyd edilən əmrin 2-ci bəndi ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət vergi orqanlarının operativ vergi nəzarəti strukturlarının əməkdaşlarına həvalə edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə təsdiq edilmiş Metodiki Təlimatın 2.6-cı bəndinə əsasən isə İnzibati Xətalar Məcəlləsinin 211.1-211.3-cü maddələri üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə göstərilən inzibati tənbehlərin tətbiq edilməsi məqsədilə əməkdaşlar tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunaraq zəruri sənədlərlə birlikdə aidiyyəti rayon (şəhər) məhkəmələrinə göndərilməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi 25F ünvanda fəaliyyət göstərən “xxxxxxxxxxxxxxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X2 qoruyucu tibbi maskadan istifadə etməmiş, aktın və protokolun obyektdə tərtib olunmasına etiraz bildirmiş, protokol obyektin qarşısında tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq “xxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda “xxxxxxxxxxxxxxxx” MMC-nə izah edilir ki, Azərbaycan Respublikasının İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: “xxxxxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-967/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-967/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver