Məhkəmə qərarları › İş №3(003)-967/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-967/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-967/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə ermənistan SSR quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında qeydiyyada olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 28 iyun 202-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-149/2016 saylı 07 sentyabr 2016cı il tarixli icra vərəqəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 70 manatın Şəxs tutularaq dövlət nəfinə köçürülməsi, Şəxs 10917,17 manat məbləğində pulun alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan adı çəkilən icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu izahatında 10917,17 manat borcunu hal-hazırda maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Hazırda borclu Şəxs ilə tələbkar Zərərçəkmiş şəxs hazırkı məhkəmə baxışı zamanı qeyd edilən məbləğlə razılaşaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, hazırkı məhkəmə baxışı zamanı borclu ilə qeyd edilən məbləğlə razılaşmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə müraciət edərək göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı tələbkarla razılaşmışlar, qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 10917,17 manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində tələbkar ərizə ilə məhkəməyə müraciət edərək borclu ilə razılaşdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığı bildirmişdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1985-ci il tarixdə ermənistan SSR quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında qeydiyyada olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar