Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-968/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ DYPŞ Axtarış üzrə inspektoru, polis kapitanı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsiştirakları ilə xx xxx 1995-ci il tarixdə Göyçay şəhərində doğulmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən,məcburi köçkün,Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi Yeni yaşayış massivində yaşayanŞəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 332.4 və 327.6-cı maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: xx xxxxxx 2020-ci il tarixdə sat 18:35-də X5 DİN 102 xidmətinə zəng edərək Binə qəsəbəsi Aviasiya Akademiyasının yanında “Reno Meqan” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomaşın, “Porshe” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomaşın və 5-6 avtomaşını vurub hadisə yerindən uzaqlaşması, digər avtomaşında xəsarət alanların olması barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə sat 18:40 radələrində X1 qəsəbəsi istiqamətində gedən yolun Aviasiya Akademiyasının qarşısında “Mersedes” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Reno Meqan” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş varmişdir. Hadisədən sonra “Reno Meqan” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarə etdiyi avtomobil ilə hadisə yerindən getmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, hadisə vaxtı “Reno Meqan” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və yol-nəqliyyat hadisəsi baş verdukdən sonra hadisə yerindən yayınmışdır. Şəxs ibtidai araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə tanışı Siracın təmir üşün ona verdiyi özünə məxsus “Reno Meqan” markalı **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdikdən sonra həmin avtomobili yoxlamaq məqsədi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan onu sexdən çıxarıb Aeroport yoluna gəlmişdir. Həmin vaxt onun yanında Əfsanə adlı qadın da olmuşdur. O, avtomobili Komsomol dairəsinə tərəf sürmüş, orada dayanacaqda tanımadığı 3 nəfər şəxs ondan onları Qala qəsəbəsindəki dayanacağa aparmalarını xahiş etmiş, o da onları idarə etdiyi avtomobilə əyləşdirib X1 qəsəbəsi istiqamətində gedən bir istiqamətli beş zolaqlı yolun sağdan üçüncü zolağı ilə saatda 90 km sürətlə hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobili 3-cü zolaqdan sol istiqamətə yönəldib yolun 5-ci zolağına keçmək istəmişdir. Yolun 4-cü zolağını keçib 5-ci zolağa daxil olduqda idarə etdiyi avtomobilin sol qabaq qanadı bir qədər qarşıda 4-cü zolaqda hərəkətdə olan “Mersedes” markalı avtomobilin sağ arxa qanadına dəymişdir. Toqquşmadan sonra “Mersedes” markalı avtomobil yolda sol istiqamətə tərəf fırlanmış və qabaq hissəsi yolun solunda istiqamətləri ayıran maneəyə çırpılmışdır. O, avtomobilin sürətini azaltmış, “Mersedes” markalı avtomobil dəmir maneəyə dəyəndən sonra onun qarşısından sağ istiqamətə tərəf yönəlmiş, həmin vaxt arxada hərəkətdə olan “Ford Tranzit” markalı avtomobilin qabaq sağ qanadına çırpılmış və avtomobillər yolda dayanmışlar. O, idarə etdiyi avtomobili yolun sağ istiqamətində sürüb yolun tam kənarında dayandırmış və avtomobildə olan 3 nəfər tanımadığı şəxs düşüb getmişlər. “Mersedes” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilə yaxınlaşıb aqressiv formada onun avtomobildən düşməyini tələb etdiyi üçün, eyni zamanda avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədləri olmadığından, avtomobili sürüb hadisə yerindən getmişdir. xx xxxxxx 2020-ci il tarixdə Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, “Reno Meqan” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş sürücü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 332.4 və 327.6-cı maddələrinin tərkibinin yarandığı müəyyən edildiyindən, onun barəsində həmin maddələrlə inzibati təsir tədbirləri görülməsi məqsədilə materialın Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsinin DYPŞ Axtarış üzrə inspektoru, polis kapitanı X7 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər DYPŞ-nin nümayəndəsi, Axtarış üzrə inspektor, polis kapitanı X7 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək ibtidai araşdırma zamanı verdiyi izahatla oxşar, eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, hadisə zamanı avtomobildə olanların heç biri bədən xəsarəti almamışdır. Məcburi köçkündür, əməlindən peşmandır, ailəsinin yeganə qazanc gətirənidir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı etiraf edir və həmin ziyanı tam olaraq ödəyəcəyinə söz verir, əks təqdirdə müvafiq məsuliyyət daşıyacağına etiraz etmir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, müvafiq inzibatixətanın baş verməsi faktı barəsində inzibati xətahaqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aiddeyildir. Bu səbəbdəndə məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması, məcburi köçkün olması, ailəsinin yeganə qazanc gətirəni olması iş üzrə tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxx 1995-ci il tarixdə Göyçay şəhərində doğulmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən,məcburi köçkün,Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi Yeni yaşayış massivində yaşayanŞəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə göndərilsin. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-968/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-968/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver