Məhkəmə qərarları › İş №3(003)-968/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-968/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-968/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxx 1989-cu ildə Balakən rayonu, Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə fərdi əməklə məşğul olan, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu, Qazma kəndində ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 28iyun 2022-ci il tarixli protokola əsasən Şəxs 18iyun 2022-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən X1 məxsus 324C saylı bağ evindən elektrik naqillərini oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı İman İmranov tərəfindən 28iyun 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, X2 qonşuluqdan tanısa da onun həyətindən oğurluq etməmişdir. Aradabir narkotik vasitədən istifadə etdiyinə görə atası ona qarşı bu oyunu qurmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur, onun əməlində cinayət tərkibi vardır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı İman İmranovun 28 iyun 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən X1 məxsus 324C saylı bağ evinin həyətindən 300 manat məbləğində 100 metr elektrik naqili, 60 manat məbləğində açar dəsti və kəlbətin oğurlanmış, oğurluq nəticəsində ona 360 manat dəyərində maddi ziyan vurulmuşdur. Qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin baxşlanması rədd edilmiş, V.B.İsrafilova məxsus olan 360 manat dəyərində əmlakı oğurlamış şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarındakı fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən X1 məxsus 324C saylı bağ evi darvazası olmaqla hasara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 məxsus 324C saylı bağ evinə qanunsuz daxil olma mövcuddur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən “... Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır”. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən “Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın”. Həmin Məcəllənin 85-ci maddəsində göstərilir ki, icraatında inzibati xəta haqqında iş olan hakim tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Məhkəmədə müəyyən olundu ki, oğurluq əməli qanunsuz daxil olmaqla törədilmiş və zərərçəkmiş şəxsə 360 manat zərər dəymişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, material təhqiqat orqanına geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12.2, 85, 109.1.6 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında material əməlində cinayət əlamətləri aşkar olunduğuna görə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: ƏkrəmQəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar