Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-970/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X5, protokol tərtib edən şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X11 iştirakları ilə X5 Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X7 şikayət ərizəsi ilə müraciət edərək 3-cü Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X11 onun barəsində İnzibati Xətalar Məcəlləsinin 591-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli protokol üzrə qərarın ləğv edilməsini, onun inzibati məsuliyyətdən azad edilməsini və barəsində başlanmış inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətə düzəliş barədə ərizə təqdim edərək 3-cü Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X11 onun, yəni X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 591ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli protokol üzrə qərarın ləğv edilməsini, onun inzibati məsuliyyətdən azad edilməsini və barəsində başlanmış inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayəti müdafiə edərək bildirdi ki, 3-cü Polis şöbəsinin sahə inspektoru X11 onun barəsində İnzibati Xətalar Məcəlləsinin 591-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə tərtib etdiyi MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli protokol əsasında qəbul edilmiş qərara əsasən guya o, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində saat 00:10 radələrində səs-küy salaraq qonşuları, yolda olan insanoarı narahat etmişdir. Lakin belə bir hal olmamış, əksinə hadisəni törədən X8 olmuşdur. X8 onun qardaşı Nurəddin Qasımovun keçmiş arvadıdır. Onların dörd uşaqları vardır. Onlar arasındda uşaq tələbi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsində mülki iş vardır. 10 iyun 2022-ci il tarixdə, gecə saat 00:00 radələrində qardaşı Nurəddinin oğlu Şahmuradla birlikdə piyada gedərkən şəbnəm idarə etdiyi avtomobili onların yanında saxlayıb qapını açaraq Şahmuradın avtomobilə oturmasını tələb etmişdir. Şahmurad avtomobilə əyləşməyəcəyini və anası ilə getməyəcəyini bildirdikdə Şəbnəm qasımova əsəbləşərək uca səslə nalayiq söyüşlər söymüş və avtomobili üstlərinə doğru hərəkət edib onları vurmaq istəyərkən qaçaraq darvazadan içəri daxil olmuşlar. Həmin hadisədən sonra sahə inspektoru X11 dəvəti ilə o, qardaşı Nurəddin və qardaşı oğlu Şahmurad 11 iyun 2022-ci il tarixə keçən gecə saat 01 radələrində polis şöbəsində olmuşlar və sahə inspektoru hadisə barədə izahat alaraq barəsində protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs X18 bildirdi ki, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yaşayan X9 11 iyun 2022-ci il tarixdə 3-cü Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, uşağını görmək üçün Binə qəsəbəsi, Mehriban qonşular küçəsinə getmişdir. X3 onu nalayiq ifadələrlə təhqir edərək qonşuların narazıçılığına səbəb olmuşdur. X4 qəsəbəsi, Mehriban qonşular küçəsində saat 00:10 radələrində səs-küy salaraq qonşuları, ətrafda olan insanları narahat etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə MN seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokol əsasında 3-cü Polis şöbəsinin sahə rəisi X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini, protokol tərtib edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X18 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 qəsəbəsi, Mehriban qonşular küçəsində 11 iyun 2022-ci il tarixdə, saat 00:10 radələrində səs-küy salaraq qonşuları, ətrafda olan insanları narahat etmişdir. İş materiallarında olan Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X4 qəsəbəsi, Mehriban qonşular küçəsində 11 iyun 2022-ci il tarixdə, saat 00:10 radələrində səs-küy salaraq qonşuları, ətrafda olan insanları narahat etdiyində görə barəsində 3-cü Polis şöbəsinin sahə inspektoru X18 tərəfindən MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında 3-cü Polis şöbəsinin sahə rəisi X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, X1 tənbeh vermə haqqında 11 iyun 2022-ci il tarixli qərardan şikayəti 21 iyun 2022-ci il tarixdə rabitə orqanına təqdim etdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 11 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-970/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-970/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver