Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-971/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 11 yanvar 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 10 may 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2023 saylı 06 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2240 (iki min iki yüz qırx) manat aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2023 saylı 06 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160,00 (yüz altmış) manat olmaqla cəmi 320,00 (üç yüz iyirmi) manat məbləğində sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, aylıq borc məbləğini tam ödəmir, əlil olaraq pensiya aldığını, hər ay pensiyasının 70%-nin tutularaq alimentə yönəldilməsinə etiraz etmədiyini, işləmədiyi üçün borc məbləğini birdəfəlik ödəyə bilməyəcəyini, lakin hissə ödəyib tamamilə qurtaracağını bildirir. Hazırda borclunun 2240,00 (iki min iki yüz qırx) manat ödənilməmiş aliment borcu vardır və o, hazırkı məhkəmənin gedişində - xx.xx.2023-cü il tarixdə 200,00 (iki yüz) manat aliment ödəyərək ödəniş qəbzinin surətini İcra şöbəsinə və məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, borclu müxtəlif bəhanələrlə Xəzər Rayon Məhkəməsinin 2(003)-227/2023 saylı 06 fevral 2023-cü il tarixli icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 da oxşar, eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, o, borclunun həbs edilməsini istəmir, lakin qeyd edir ki, borclu 2010-cu ildən onlara baxmır, əlilliklə əlaqədar pensiya almasına baxmayaraq, əlavə gəliri də vardır. Hazırda borclunun 2240,00 (iki min iki yüz qırx) manat ödənilməmiş aliment borcu vardır və hazırkı məhkəmənin gedişində ona 200,00 (iki yüz) manat aliment ödəmişdir. Uşaqları çətinliklə saxlayır, çünki onlar böyüdükcə tələbatları da böyüyür. Borclunun bu cür az məbləğlərdə aliment ödəməsi onu qane etmir. Buna görə də aliment borcunun tam ödənilməsinə köməklik göstərilməsini, əks təqdirdə borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. İİ qrup əlildir, maddi vəziyyəti acınacaqlı olduğundan və heç bir yerdə işləmədiyindən, aliment borcunu tam ödəyə bilmir. Hər ay pensiyasının 70%-nin tutularaq alimentin ödənilməsinə etiraz etmir. Bu gün o, 2240,00 (iki min iki yüz qırx) manat aliment borcundan 200,00 (iki yüz) manat aliment ödəyərək ödəniş qəbzinin surətini İcra şöbəsinə və məhkəməyə təqdim etmişdir. Bundan sonra qalıq aliment borcunu hər ay hissə ödəyib tamamilə qurtaracaqdır. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 200,00 (iki yüz) manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Əlillik haqqında arayışdan görünür ki, Şəxs Umumi xəstəlik səbəbundən Oliqofreniya, debil dərəcədə, Psixopatabənzər davranışla müddətsiz olaraq İİ qrup əlildir, əmək qabiliyyətsizdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Umumi xəstəlik səbəbundən Oliqofreniya, debil dərəcədə, Psixopatabənzər davranışla müddətsiz olaraq İİ qrup əlildir, əmək qabiliyyətsizdir, müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş, lakin məhkəmənin gedişində - 26 may 2023-cü il tarixdə 200,00 (iki yüz) manat aliment ödəmiş, hər ay pensiyasının 70%-nin tutularaq alimentin ödənilməsinə razılıq vermiş və qalan məbləği də hissə-hissə olmaqla müntəzəm surətdə tamamilə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-971/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-971/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver