Məhkəmə qərarları › İş №3(003)-973/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-973/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-973/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X2 iştirakları ilə Şəxs xx xxxxxx 1960-cı il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 10 may 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2141/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2900 manat və X4 1500 manat pul X2 xeyrinə tutulmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclu Şəxs hal-hazırda maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. İcra məmurunun çağırışlarından yayındığına görə Şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-241/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə isə onun barəsində 500 manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin bundan sonra da borcli borc məbləğini tam ödəməmiş, hər dəfə müxtəlif bəhanələrlə ödənişdən yayınmış və 10 may 2023-cü il tarixə onun 1900 manat borcu ödənilməmiş qalmışdır. Bununla da borclu heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və icra sənədlərinin icrasından yayınmır, lakin hazırkı maddi və əmlak vəziyyəti çox pis olduğuna görə borcu hələlik tam ödəyə bilməmişdir. İndiyə qədər tələbkara 1100 manat ödəniş etmiş, bu gün – yəni xx.xx.2023-cü il tarixdə daha 200 manat da ödəniş etmişdir və ödəniş qəbzini məhkəməyə təqdim edir. Tələbkarlara da məlum olduğu kimi, artıq 64 yaşın içindədir, rəsmi iş yeri yoxdur, orda-burda fəhləlik edib ailəsini çətinliklə dolandırır. Borcluya hər ay imkanı çatdığı qədər ödəniş etmişdir və ona bir qədər də möhlət verilərsə, borcunu hissə-hissə olmaqla tamamilə ödəyəcəkdir. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 göstərdi ki, borclu Şəxs müxtəlif bəhanələrlə icra sənədi üzrə olan borc məbləğini tam ödəməkdən indiyə qədər yayınmış, bu gün də 200 manat ödəmiş, qalan məbləğ isə ödənilməmiş qalmışdır. Hər dəfə pul ödəyəcəyinə söz verir, lakin vaxtı-vaxtında ödəmir, barəsində protokol tərtib olunaraq məhkəmə qarşısına çıxarılandan sonra ödəniş etmək yadına düşür. Ona görə də bu günkü ödənişi qəbul etmir və qalıq borcun tam ödənilməsini tələb edir. Əks təqdirdə isə borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının izahatları və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2141/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2900 manat və X4 1500 manat pul X2 xeyrinə tutulmalıdır. Borclu Şəxs indiyə qədər tələbkara 1100 manat ödəniş etmiş, məhkəmənin gedişində – yəni xx.xx.2023-cü il tarixdə daha 200 manat da ödəniş etmiş və ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. Borclu borcun ödənilməsindən qərəzli şəkildə yayınmır, 64 yaşın içindədir, heç bir yerdə rəsmi olaraq işləmir, ona bir qədər də möhlət verilərsə, borcunu hissə-hissə olmaqla tamamilə ödəyəcəyinə məhkəmə iclasında söz vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar