Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-974/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 4-cü ərazi X13 idarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X5 və X2 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 4-cü ərazi X13 idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 20 iyun 2022-ci il tarixli protokola əsasən 20 iyun 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazada texniki müayinə zamanı YTQ № 01-2001 9.3 bəndinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 4-cü ərazi X13 idarəsinin nümayəndəsi X10 göstərdi ki, X13 Xidmətinin Yanğın- Texniki müayinənin aparılması haqqında 14 iyun 2022-ci il tarixli, 02073 nömrəli qərarına əsasən böyük inspektor Nümayəndə inspektor Coşqun Cəfərovla birlikdə 17 iyun 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazada planlı Yanğın-Texniki müayinəsi keçirən zaman YTQ № 01-2001 9.3cü bəndinin tələblərinin pozulduğu, yəni mağazada avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun olmadığı müəyyən edilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazaya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən çıxarış göndərildiyindən onların yoxlama keçiriləcəyindən məlumatları olmuşdur. Buna görə də, Şəxs MMC-nin barəsində MN seriyalı ******* nömrəli, 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X11 göstərdi ki, sənədlərə əsasən yoxlama Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazada aparılmalıdır. Lakin yoxlama faktiki olaraq Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazada aparılmışdır. Mağazada siqnalizasiya qurğusu olmasa da, yoxlama haqqında Qanunun 3-cü maddəsinə əsasən yoxlama 3 ildən bir və növbəti il aparılmalıdır. Lakin Ordubadi küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağaza 22 fevral 2022-ci il tarixdə fəaliyyətə başlamışdır. Bu səbəbdən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 nümayəndə X5 izahatına uyğun, eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid X9 göstərdi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 4-cü ərazi X13 idarəsinin X13 şöbəsinin inspektoru vəzifəsində işləyir. 17 iyun 2022-ci il tarixdə böyük inspektor Nümayəndəla birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazada planlı Yanğın-Texniki müayinəsi keçirən zaman YTQ № 01-2001 9.3-cü bəndinin tələblərinin pozulduğu, yəni mağazada siqnalizasiya qurğusunun olmadığı müəyyən edilmişdir. Yoxlama ilə bağlı sənədləri mağaza müdirinə təqdim etmişlər və mağaza müdiri küçənin R.Axundov küçəsi olduğunu təsdiq etmişdir, lakin imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid X7 göstərdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi, 2 ünvanında yerləşən Şəxs MMC-nə məxsus mağazada administrator vəzifəsində işləyir. Təxminən 1 ay əvvəl Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri mağazaya gələrək yoxlama keçirmişlər. Yoxlama zamanı nöqsan aşkar olunsa da, o, sənədlərə imza etməkdən imtina etmişdir. Sonradan müəyyən olunmuşdur ki, yoxlama Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 98 ünvanında yerləşən Şəxs MMCnə məxsus mağazada aparılmalı idi. Məhkəmə proses iştirakçılarını, şahidləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş X13 Xidmətinin Yanğın-Texniki müayinənin aparılması haqqında 14 iyun 2022-ci il tarixli, 02073 nömrəli qərarından görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazada 14 iyun 2022-ci il - 20 iyun 2022-ci il tarixlərində illik plana əsasən planlı yoxlama aparılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən 14 iyun 2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus mağazada müayinə aparılmalıdır. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli, 02073 nömrəli X13 Xidməti Yanğın- Texniki müayinə akıtndan görünür ki, 14 iyun 2022-ci il tarixli, 02073 nömrəli qərara əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağazada müayinə aparılmışdır. İş materiallarında olan Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən Şəxs MMC-nə məxsus mağaza avtomatik yanğın xəbərverici sistemləri ilə təmin olunmamışdır. Buna görə də, inzibati icraata başlanmışdır. İş materiallarında olan Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin hesab ödəniş vərəqindən görünür ki, ünvan Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi, 2, abunəçi isə X3 göstərilmişdir. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Şəxs MMC Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi, 2 ünvanında yerləşən ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsini 15 il müddətinə X1 icarə götürmüşdür. İş materiallarında olan Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin bildiriş xəbərdarlıqdan görünür ki, ünvan Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 98 ünvanında yerləşən Şəxs MMC-nin işıqdan istifadə ilə bağlı 630,41 manat borcu vardır. Məhkəmədə müəyyən olundu ki, X13 Xidmətinin Yanğın-Texniki müayinənin aparılması haqqında 14 iyun 2022-ci il tarixli, 02073 nömrəli qərarına əsasən X13 Xidməti 4-cü ərazi X13 idarəsinin əməkdaşları tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 98 ünvanında yerləşən Şəxs MMC-nə məxsus mağazada 14 iyun 2022-ci il - 20 iyun 2022-ci il tarixlərində illik plana əsasən planlı yoxlama aparılmalı olduğu halda Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi, 2 ünvanında yerləşən Şəxs MMC-nə məxsus mağazada planlı yoxlama aparılmışdır. Yoxlama zamanı həmin mağazanın avtomatik yanğın xəbərverici sistemləri ilə təmin olunmadığı aşkar olunaraq buna görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi, 2 ünvanında yerləşən Şəxs MMC-nə məxsus mağazada planlı yoxlama aparılmasına dair X13 Xidmətinin Yanğın-Texniki müayinənin aparılması haqqında qərarı olmadığından və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən bu barədə mağazaya çıxarış göndərilmədiyindən mağazanın avtomatik yanğın xəbərverici sistemləri ilə təmin olunmadığına dair əldə edilmiş sübut qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən və Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-974/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-974/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver