Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-978/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhər Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC-nin mülkiyyətində və ya istifadəsində olan “HYUNDAİ TUCSON” minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməmişdir. Bu barədə Bakı şəhər Xəzər rayon Polis idarəsinin baş inspektoru, polis mayoru X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə İXP ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Bakı şəhər Xəzər rayon Polis İdarəsinin və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin və "xxxx" MMC-nin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan DİN-nin DYP web portalından çıxarılmış sənəddən və xəbərnamənin surətlərindən görünür ki, fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana təqdim edilməsi barədə sorğu "xxxx" Müəssisəsinə göndərilərək çatdırılmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC fiziki şəxs haqqında məlumatı qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən, "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq "xxxx" MMCAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün muddətinə Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov İŞ № 3(003)-978/2022 QƏRARDAD (inzibati xəta haqqında işin baxılması müddətinin uzadılması haqqında) 07 iyul 2022-ci il Bakı şəhəri Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhər Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC-nin mülkiyyətində və ya istifadəsində olan “HYUNDAİ TUCSON” minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməmişdir. Bu barədə Bakı şəhər Xəzər rayon Polis idarəsinin baş inspektoru, polis mayoru X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə İXP ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Bakı şəhər Xəzər rayon Polis İdarəsinin və "xxxx" MMC-ninnümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işin hallarının tam, ətraflı, obyektiv araşdırılması və onun ədalətli həll olunması üçün işin baxılması müddəti uzadılmalı və inzibati xəta törətmiş "xxxx" MMC-nin və Bakı şəhər Xəzər rayon Polis idarəsinin nümayəndələri məhkəmə iclasına çağırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC-nin barəsində Bakı şəhər Xəzər rayon Polis idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması müddəti bir ayadək müddətə uzadılsın. Hakim: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-978/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-978/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver