Məhkəmə qərarları › İş №3(003)-978/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-978/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-978/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə Şəxs xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi YYM-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində “VAZ-21043” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin "Mersedes" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və "VAZ-2103" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib, ilkin olaraq xəsarət alma barədə məlumat verilmədiyindən, hadisə yerinin müayinəsi Xəzər RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis mayoru Əli Xəlov tərəfindən aparılmışdır. Xəzər RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis mayoru Əli Xəlov tərəfindən baş vermiş yol- nəqliyyat hadisəsi ilə əlaqəda ilkin toplanmış material Xəzər RPİ-nin DYPŞ-dən alınaraq materiala əlavə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Lakin araşdırma zamanı toplanmış material üzrə alınmış izahatlardan və DİN-ninn TS 7-024 saylı kamerasından götürülmüş və araşdırma zaman izlənmiş videogörüntülərdən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq etmiş "Vaz 21043" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında qanun”un tələblərini pozmuşdur və onun əməlində AR İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X6 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməlidir. Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X6 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis mayori X3 tərəfindən 06 may 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxslərə və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi "Vaz 21043" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində, Mərkəz-Şəhər istiqamətindən, Türkan qəsəbəsi daxilinə saatda təxminən 20 km sürətlə hərəkət edib, qarşıda yol ayrıcından sol tərəfə məhəllə daxili yola daxil olmaq üçün, avtomobilin sol dönmə işığını yandırıb, yolun əks istiqamətində təxminən 500 metri aralıdan "Mersedes" markalı avtomobilin hərəkətdə olduğunu görsə də, "Mersedes' markalı avtomobil yol ayrıcına çatana qədər o, idarə etdiyi avtomobillə qırıq-qırıq xətti keçib, sol tərəfə məhəllə daxili yola daxil ola biləcəyini fikirləşib, avtomobili qırıq-qırıq xətdən sol istiqamətə yönəldib saata 20 km sürətlə qırıqı-qırıq xətti keçən zaman yolun əks istiqamətində yüksək sürətlə hərəkət edən "Mersedes" markalı avtomobil onun avtomobilinin arxa tərəfinə çırpılmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra hadisə yerinə Xəzər RPİ-nin, DYPŞ-nin əməkdaşları gələrək, hadisə yerinin müayınəsi aparılmış, o, DYPŞ-nə dəvət olunduqdan sonra səhhətində ağrılar olduğundan TTYB-na müraciət etmişdir. Baş vermiş hadisədən peşmandır, İİ qrup əlildir. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi "Vaz 2103" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində, qəsəbə daxili yolda hərəkət edib, Türkan qəsəbəsi daxili istiqamətindən, Mərkəz-Şəhər daxilinə gedən baş yola yaxınlaşıb, baş yolun sol tərəfində, yəni Türkan qəsəbəsi daxilindən, Mərkəz-Şəhər istiqamətində hərəkət edən "Mersedes" markalı avtomobilin yol ayrıcını keçməsini gözləyən zaman, baş yolda hərəkətdə olan “Mersedes” markalı avtomobil, onun yoluna daxil olan “Vaz 21043” markalı avtomobilə çırpılıb, sürüşərək onun dayanmış vəziyyətdə olan "Vaz 2103" markalı avtombilmin sol qabaq və sol arxa qapısına çırpılmışdır. Hadisə zamanı bədən xəsarəti almamışdır. Hadisədən sonra hadisə yerinə Xəzər RPİ-nin, DYPŞ-nin əməkdaşları gələrək, hadisə yerini müayinə etmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan "Mersedes" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi "Mersedes" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Türkan qəsəbəsi ərazisində, Türkan qəsəbəsi daxili istiqamətindən Mərkəz-Şəhər istiqamətində gedən iki istiqamətli, istiqamətləri bir xətt ayıran yolda saatda təxminən 60-70 km sürətlə hərəkət edən zaman qarşıda yolun əks istiqamətində hərəkət edib, yol ayrıcından qırıqı-qırıq xətdi keçib onun avtomobil ilə hərəkətdə olduğu istiqamət zolağa dayanmadan "Vaz 21043" markalı avtomobilin daxil olmasını bir anda görüb, toqquşmadan yayınmaq üçün avtomobilin tormozundan belə istifadə edə bilməyərək, idarə etdiyi avtomobillə yolun əks istiqamətindən onun istiqamət zolağına daxil olan "Vaz 21043" markalı avtomobilin arxa hissəsinə çırpıldığını, zərbənin təsirindən onun avtomobilinin sağ tərəfə sürüşərək, sağ tərəfdə yol ayrıcında dayanmış vəziyyətdə olan "Vaz 2103" markalı avtomobilin sol tərəfinə də çırpıldığını, hadisədən sonra hadisə yerinə Xəzər RPİ-nin, DYPŞ-nin əməkdaşları gələrək, hadisə yerinin müayınəsi aparılaraq o, DYPŞ-nə dəvət olunduğunu və hadisə zamanı bədən xəsarəti aldığını bildirmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı "Mersedes" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X1 və X2 da izahatlarında sürücü Zərərçəkmiş şəxs1 izahatı ilə oxşar izahat vermişlər. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və DİN-ninn TŞ kamerasından hadisənin videogörüntüləri alınaraq materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş üzrə "Vaz 21043" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xəsarət almasına dair məhkəmə tibbi ekspertizası təyin edilmiş və rǝyǝ əsasən məlum olmuşdur ki, Şəxs xəsarətləri xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş üzrə "Mersedes" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almasına dair məhkəmə tibbi ekspertizası təyin edilmiş və rəyə əsasən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 xəsarətləri xx.xx.2023-cü il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, İİ qrup əlil olması, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, İİ qrup əlil olmasını nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar