Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-978/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, 00800/00272 saylı qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/00272 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 01 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X7 tərəfindən mübahisələndirilən inzibatı xəta haqqında protokol tərtib edilmiş, həmin hüquqi şəxsin inzibati tənbehvermə haqqında mübahisələndirilən qərarı ilə həmin idarəyə daxil olmuş müvafiq protokol əsasında 4 ədəd qolbağ, 2 ədəd üzük, 4 dəst sırğa cütü-üzük, 1 dəst sırğa cütü üzük-klonun təqribi ümumi kömrük dəyəri 15561,20 manat təşkil edən zərgərlik məmulatlarına münasibətdə AR İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsində nəzrədə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmiş və barəsində İnzibati Xətanın bilavasitə obyekti olmuş malların dəyərinin 40 faizi miqdarında yəni 6224.48 manat məbləğidə inzibati cərimə tətbiq edilmişdir. Şikayətşi qeyd edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, ləğv edilməlidir. Belə ki, 2023-cü ilin 28 noyabr tarixində o, C28105 saylı Bakı-İstanbul aviareysi ilə uçmaq istəyərkən ona məxsus yüklərə baxış zamanı əl çantasından gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı elektron formada bəyan olunmamış, 01 cüt sırğa və eyni dəstə aid 01 ədəd üzük, bənövşəyi rəngli üzərində “Marko Polo” markası olan kabin çemodanının içərisində 01 cüt sırğa və həmin dəstə aid 01 ədəd üzük, həmçinin ona məxsus baqaj yükündə gömrük nəzarətindən guya gizlədilmiş 01 cüt sırğa və həmin dəstə aid 01 ədəd üzük, əlavə olaraq qara rəngli çantanın içərisindəki pul qabının içərisindən 02 ədəd bilərzik aşkar edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq şikayətçinin şəxsi yoxlaması keçirilmiş, bu zaman isə gömrük nəzarətinə bəyan edilməmiş hər qulağında 02 ədəd olmaqla 02 cüt sırğa, barmaqlarında 04 ədəd üzük, qolunda 02 ədəd bilərzik və boynunda olan 01 ədəd klon olmaqla, ümumilikdə təqribi çəkisi 168 qram olan qızıl-zinət əşyaları protokol əsasında götürülmüşdür. Şikayətçi qeyd edir ki, bütün qızıl-zinət əşyaları onun şəxsi əmlakıdır. Türkiyə Respublikasında və Azərbaycan Respublikasında ona aid olan fərdi yaşayış evləri olduğundan o, yaşayış yerini dəyişərkən özünə aid olan qızıl-zinət əşyalarını özü ilə daşıyır. Bunun kontrabanda nəzərdə tutan cinayət əməlinə heç bir aidiyyatı yoxdur. Mübahisələndirilən qızıl-zinət əşyalarını o, gömrük nəzarətindən keçərkən bəyan etmişdir. Səlahiyyətli şəxslərə bildimişdir ki, onun üzərində qızıl-zinət əşyaları vardır və onlar onun şəxsi əşyalarıdır. Onlar bəyannamə ilə əlaqədar şikayətçiyə sadələşdirilmiş vergi ödətdirmək əvəzinə heç bir reaksiya verməmiş və təyyarəyə mindiyi zaman hər tərəfdən çoxsaylı gömrük işçiləri üzərinə tökülərək üstünə qışqırmış, ona fiziki təsir göstərmiş və bu faktla əlaqədar cinayət işinin açıldığını bildirmişlər. Şikayətçi panikatak xəstəsi olduğu üçün özünü itirmiş və möhkəm qorxmuşdur. Gömrük əməkdaşlarının heç birisi ona barəsində müvafiq sənədlər tərtib edilərkən hüquq vəzifələrni izah etməmiş, ona məxsus mobil telefonları əlindən aldıqları üçün özünü müdafiəsini təşkil edə bilməmiş, ailə üzvləri ilə heç bir əlaqə yarada bilməmiş və nəticədə barəsində ağır hüquqi nəticə yaradan sənədə onların diktəsi ilə qol çəkmişdir. Protokolda qeyd olunanlar işin həqiqi hallarını əks etdirmir və bu sənəd korporativ maraqlara xidmət etməklə tərtib olunmuşdur. Belə ki, araşdırma ilə bağlı iki dəfə ekspertiza qəti rəy verməmişdir. Ekspert rəyi bu iş üzrə qızılzinət əşyalarının həqiqi dəyərini müəyyən edə biləcək mötəbər sənəd hesab olunduğundan və sonuncu rəy vermədiyindən protokolu və onun əsasında inzibati tənbe vermə haqqında qərar qəbul edən səlahiyyətli şəxs öz tabeçiliyində olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük dəyəndirilməsi şöbəsinə raport yazaraq şikayətçiyə məxsus olan şəxsi qızıl-zinət əşyalarına korporativ maraqlara xidmət edən və subyektiv əsaslara söykənən qiymət qoyulmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunsuz və əsassız olaraq tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/00272 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında, yəni 6224,48 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan şikayətçi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində verdiyi 28 noyabr 2023-cü il tarixli izahatın surətindən görünür ki, o, Röyal adlı şəxsin qramına görə 1 ABŞ dolları ödəməklə qızıl-zinət əşyalarını Türkiyə Respublikasına göndərməsi barədə məlumat almışdır. Bu səbəbdən özü onunla əlaqəyə girərək 28 noyabr 2023-cü il tarixə İstanbul şəhərinə biletinin olduğunu bildirmiş və ondan qızıl-zinət əşyalarını qramına görə 1 ABŞ dollar almaqla İstanbul şəhərinə aparmağa hazır olduğunu bildirmişdir. Onunla razılaşdıqdan sonra həmin şəxs ona müxtəlif qızıl-zinət əşyalarını təqdim etmişdir. Qızıl əşyalarını İstanbula nə üçün göndərdiyi barədə məlumatı olmamışdır. 28 noyabr 2023-cü il tarixdə 14:30-da İstanbula uçmaq üçün saat 12 radələrində hava limanına gəlmişdir. Ona verilmiş qızıl-zinət əşyalarından 2 ədəd bilərziyi, 2 üzük və 1 sırğa dəstini çamadanına qoymuş, digər 2 ədəd bilərziyi, 2 cüt sırğanı, 3 ədəd üzüyü isə üzərinə taxmışdır. Həmçinin əl yükündə kabin baqajına bir dəsti (1 cüt sırğa, 1 ədəd üzük) və əl çantasına isə əlavə olaraq 1 dəst (1 cüt sırğa, 1 ədəd üzük) qoymuşdur. Hava limanında qeydiyyatdan keçdikdən sonra gözləmə zalında olarkən gömrük əməkdaşları ona yaxınlaşaraq onu yoxlama otağına dəvət ediblər. Yoxlama başlamazdan əvvəl ona gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanlarına bəyan edilməmiş malları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, isə öz növbəsində əl çantasında və kabin çamadanında qızılzinət əşyalarının olduğunu bildirmişdir. Baxış zamanı qara rəngli əl çantasının ön cibindən 1 cüt sırğa və eyni dəstə aid 1 ədəd üzük (13 qram), bənövşəyi rəngli üzərində “Marko polo” yazısı olan bənövşəyi rəngli kabin çamadanının içərisindən isə ağ qaşları olan 1 cüt sırğa və həmin dəstə aid 1 ədəd üzük (14 qram) aşkar edilmişdir. Daha sonra baqaj yükündə də qızıl-zinət əşyalarının olduğunu bildirmişdir.və ona məxsus 0771 J2 654843 saylı baqaj talonu əsasında üzərində “İVS” yazıları olan çəhrayı rəngli çamadana baxış zamanı çamadanda olan qara rəngli qadın çantasının içərisində 1 cüt sırğa və həmin dəstə aid 1 ədəd üzük (ümumilikdə 21 qram), əlavə olaraq qara rəngli çantanın içərisindəki pul qabının içərisindən 2 ədəd bilərzik (ümumilikdə 25 qram) aşkar edilmiş və götürülərək qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi yoxlama keçirilməsi qərarına gəlinmiş və yoxlama başlamazdan əvvəl ona əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və yazılı formada bəyan olunmamış malları təqdim etmək təklif edimişdir. O, isə hər qulağında 2 ədəd olmaqla 2 cüt sırğanı (hər cütü 13 qram), barmaqlarında olan 4 ədəd üzüyü ümumilikdə 34 qram), 2 ədəd bilərziyi (14 və 16 qram) və bir ədəd klonu (6 qram) çıxararaq təqdim etmişdir. Bundan sonra şəxsi yoxlama davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qeyri-qanuni hər hansı əşyalar aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq şikayətçi bildirmişdir ki, apardığı qızıl-zinət əşyalarının az miqdarda olduğu hesab etdiyi üçün həmin əşyaları gömrük orqanına bəyan etməyə ehtiyac duymamışdır. Həmçinin qadın oduğu üçün əksəriyyəti üzərində olub, bir hissəsini isə çamadanına qoymuşdur. Həmçinin qızıl-zinət əşaylarını gizlətmədiyini, sadəcə yuxarıda oğurlamasınlar deyə çamadandakı pul kisəsinin içərisində və qadın əl çantasının cibində saxladığını qeyd etmişdir. Röyal ona bəyan etmək barəsində nəsə izah etməsi dəqiq yadımda qalmayıb, sadəcə demişdir ki, pul ona qızıllar İstanbula çatandan sonra ona veriləcəkdir. Təhqiqat zamanı şahid qismində izahatı alınmış X8 qeyd etmişdir ki, 2023-cü ilin noyabr ayında İstanbul şəhərində yaşayan bacısı ona zəng edərək anasıgildə olan qızıllarını ona göndərilməsini istəmiş və bildirmişdir ki, İstanbula Bakıdan Elnarə adlı qız gələcək, onunla əlaqə saxlayacaq, imkan olsa qızılları ona versin. Təxminən noyabr ayının sonları Elnarə adlı xanım ona zəng etmiş, əvvəlcə o, tərəddüd etmişdir, çünki onu tanımırdı, sonra isə bacısının göndərdiyini dediyi üçün anasıgildən bacısına məxsus qızılları götürüb Elnarəyə çatdırmışdır. Qızılların təxminən dəqiq çəkisini bilmir, amma 100 qramdan artıq olduğunu hesab edir. Daha sonra 28 noyabr 2023-cü il tarixdə ona məlumat verilib ki, Elnarə İstanbula uçan vaxt hava limanında apardığı qızılları bəyan etmədiyi üçün saxlanılmışdır. Verilmiş suallara cavab olaraq X8 bildirmişdir ki, qızılları gömrükdən hansı formada keçirəcəyi barədə Elnarə onun bacısı ilə danışıb. Amma onun ilə aralarında bu barədə danışıq olmayıb. Həmin qızıllar onun bacıına məxsus olduğu üçün ola bilsin ki, bacısı Elnarəyə qızılların çatdırılması qarşılığında nəsə vəd etmişir. Çünki İstanbul böyük şəhərdir, həmçinin indiki zamanda etibarlı adam tapmaq çətindir. Şahid əlavə olaraq bildirib ki, İstanbulda qızıl-zinət əşyaları Bakıdan ucuzdur, yəni buradan İstanbula qızıl göndərmək mənasızdır. Sadəcə həmin qızıllar bacısına məxsus olduğu üçün göndərilirmişdir, Elnarə də həyəcanlı olduğu üçün ola bilsin ki, saxlanılan zaman fikirini düzgün çatdıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/00272 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında, yəni 6224,48 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protkolda qeyd edilmişdir ki, X10 Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında 28 noyabr 2023-cü il tarixdə J28105 saylı Bakı-İstanbul aviareysi ilə uçan X3 məxsus yüklərə baxış zamanı onun əl çantasından əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və elektron formada bəyan olunmamış 1 cüt sırğa və eyni dəstə aid 1 ədəd üzük, bənövşəyi rəngli üzərində “Marko polo” yazısı olan bənövşəyi rəngli kabin çamadanının içərisindən 1 cüt sırğa və həmin dəstə aid 1 ədəd üzük, həmçinin ona məxsus baqaj yükündən gömrük nəzarətindən gizlədilmiş 1 cüt sırğa və həmin dəstə aid 1 ədəd üzük, əlavə olarag gara rəngli çantanın içərisindəki pul qabının içərisindən 2 ədəd bilərzik aşkar edilmişdir. Yaranmış zərurətlə əlagədar olaraq X2 üzərində şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı isə gömrük nəzarətinə bəyan edilməmiş hər qulağında 2 ədəd olmağla 2 cüt sırğa, barmağlarında 4 ədəd üzük, qolunda 2 ədəd bilərzik və boynunda olan bir ədəd klon olmağla ümumilikdə təqribi çəkisi 168 qram olan gızıl-zinət əşyaları protokol əsasında götürülmüşdür. X1 gömrük nəzarətindən keçərkən üzərində və yükündə olan qızıl-zinət əşyalarını gömrük orqanına bəyan etməmişdir. Qeyd edilən qızıl-zinət əşyaları ilə bağlı məhkəmə-iqtisad ekspertizası təyin olunmuş, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəylərində həmin əşyaların qızıldan olan hissələrinin bir-birinə lehimləndiyindən həmin hissələrin ayrı-ayrılıqda kütləsinin müəyyən edilməsinin mümkün olmadığı, bu səbəbdən də qiymətləndirmənin aparılmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi inzibati məsuliyyət yaradır. İlkin təhqiqat zamanı verdiyi izahatında o, inzibati xətanın bilavasitə obyekti olan qızıl-zinət əşyalarının ona aid olmadığını, Röyal adlı şəxsə məxsus olduğunu və müəyyən qədər pul müqabilində həmin əşyaları Türkiyə Respublikasına aparmaq istədiyini qeyd etmişdir. Bu hal şahid kimi izahatı alınmış X5 izahatında da öz təsdiqini tapmışdır. Lakin məhkəməyə müraciətində şikayətçi inzibati xətanın bilavasitə obyekti olan qızıl-zinət əşyalarının özünə aid olduğunu və şəxsi istifadə üçün Tükiyə Respublikasına apardığını qeyd etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 pul qazanmaq məqsədi ilə qızıl-zinət əşyalarını bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməyə cəhd etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, 00800/00272 saylı qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-978/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-978/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver