Məhkəmə qərarları › İş №3(003)-979/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-979/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-979/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taski fəaliyyəti işə məşğul olan, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 17 iyun 2022-ci il tarixli protokola əsasən Şəxs 17 iyun 2022-ci il tarixdə, saat 23:35-də idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərəfindən 28 may 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, taski fəaliyyəti işə məşğul olaraq ailəsini dolandırır. 17 iyun 2022-ci il tarixdə, saat 23:35-də «Toyota Prius (Hibrid)» minik markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Binə qəsəbəsində ara yoldan əsas yola hərəkət edərkən «Kia» markalı avtomobili vurmuşdur. Sonradan «Kia» markalı avtomobildə olan adını sonradan bildiyi Pərvanə adlı qadının xəsarət aldığını eşitmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, işinin sürücülük vəsiqəsindən asılı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs isə 13 iyul 2022-ci il tarixdə məhkəməyə ərizə, 19 iyul 2022-ci tarixdə isə elektron ərizə göndərərək Şəxs ona köməklik göstərdiyini, hal-hazırda heç bir şikayət və tələbinin olmadığını, Bakıda olmadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 23 may 2022-ci il tarixli, 577 nömrəli rəyindən görünür ki, X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 22 may 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar