Məhkəmə qərarları › İş №3(003)-979/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-979/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-979/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında İXP ******* saylı, 02 may 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə “Azsamand” markalı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da Şəxs İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, protokol və digər materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Müəyyən olundu ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol 11 may 2023-cü il tarixdə məhkəməyə təqdim olmuşdur. Bundan başqa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə gətirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Beləliklə, inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə baxılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq Şəxs məhkəməyə təqdim olunmamışdır. Beləliklə, protokol natamam olduğundan, hazırkı inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğundan, sonuncu məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar