Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-980/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X3, "xxxx" MMC-nin təsisçisi X1 iştirakları ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 24 iyun 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC-nə məxsus «Ford Transit» yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X4 bildirdi ki, "xxxx" MMC-nə məxsus «Ford Transit» yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydaları pozulduğu üçün "xxxx" MMC-nə bildiriş göndərilərək nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuş və bildiriş 10 iyun 2022-ci il tarixdə cəmiyyət tərəfindən alınmışdır. Lakin "xxxx" MMC «Ford Transit» yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatı sorğu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin təsisçisi X2 bildirdi ki, «Ford Transit» yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onlara məxsusdur. Həmin avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulması barədə məlumatı olmamışdır. O, həmin avtomobili şəxsən idarə edir və iki il əvvəl avtomobili alarkən avtomobili özü idarə edəcəyi barədə DYP-nə məlumat vermişdir. "xxxx" MMC-nin təsisçisi X2 «Ford Transit» yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alarkən avtomobili özü idarə edəcəyi barədə DYP-nə məlumat verdiyini bildirsə də, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələbinə əsasən inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməlidir. Lakin məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, "xxxx" MMC 10 aprel 2022-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı «Ford Transit» yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan «Ford Transit» yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 aprel 2022-ci il tarixdə, saat 14:16-da Bakı-Qazax yolunun 29.5-ci km-də Bakı istiqamətində müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törənmişdir. Ona görə də, "xxxx" MMC-nə xəbərdarlıq ünvanlanaraq xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəhttps://eqanun.az/framework/46960 vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda "xxxx" MMC-nə izah edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-980/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-980/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver