Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-985/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, X1 Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi ünvan 1 ünvanında törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsi Bakı şəhəri, Xətai rayonu ərazisində törədilmişdir, həmçinin iş materiallarına barəsində qərar çıxarılmış (inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş) şəxsin qeyd edilən şikayətə onun yaşadığı yer üzrə aidiyyəti məhkəmədə baxılmasına dair vəsatət əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X1 Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında haqqında MN ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM X1 Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında haqqında MN ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-985/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-985/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver