Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-988/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14.07.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 1.717.600 Rusiya rublu məbləğində vəsaiti 08.07.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1.717.600 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 14.07.2021-ci il tarixli MN № ******* saylı protokol əsassızdır. Belə ki, Şəxs MMC tərəfindən 08.07.2019-cu il tarixdə "xxxx" ASC-də olan bank hesabından köçürülmüş 1.717.600 Rusiya rublu məbləğində vəsait 200 ədəd “DMP-40 D59-1 PZ” markalı qaz sistemində qazın paylanmasını tənzimləyən məmulatın idxalı üçün qabaqcadan edilmiş ödənişdir. Həmin məmulatın Müdafiə Sənayesi Nazirliyinin 03.04.2019-cu il tarixli 241m nömrəli məktubuna əlavə edilmiş 01.04.2017-ci il tarixli 258 nömrəli müqavilənin 28.12.2018-ci il tarixli 2 nömrəli əlavə razılaşması üzrə hava-yer tipli raketlərin hazırlanmasında istifadə olunması üçün alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini tərəfindən Müdafiə Sənayesi nazirinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanlanmış 11 aprel 2019-cu il tarixli məktubdan görünür ki, həmin məmulatın idxalına əvvəlcədən icazə verilmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Şəxs tərəfindən 08.07.2019-cu il tarixdə xaricə köçürmüş 1.717.600 Rusiya rublu məbləğində vəsait hesabına idxal ediləcək məmulat müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduğundan həmin məbləğ üzrə köçürülmüş vəsait sözügedən Qaydaların 4.3.1.3-cü bəndində göstərilən tələblərin təsiri altına düşmür. Buna görə də Şəxs barəsində tərtib edilmiş protokolun əsassız olduğunu, əməldə inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 1785 saylı, 05 iyul 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 1.717.600 Rusiya rublu məbləğində xarici valyutada olan vəsait 01.04.2017-ci il tarixli 258 nömrəli müqavilə üzrə qaz sistemində qazın paylanmasını tənzimləyən məmulatın alınması məqsədilə "xxxx" ASC-də olan hesabından 08 iyul 2019-cu tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini tərəfindən Müdafiə Sənayesi Nazirliyinə və S.Mehdiyevə ünvanlanmış TE- 179m saylı, 11 aprel 2019-cu il tarixli məktubdan görünür ki, Müdafiə Sənayesi Nazirliyinin 03.04.2019-cu il tarixli 241m nömrəli məktubuna əlavə edilmiş 01.04.2017-ci il tarixli 258 nömrəli müqaviləninin 28.12.2018-ci il tarixli 2 nömrəli əlavə razılaşması üzrə, hava-yer tipli raketlərin hazırlanmasında istifadə olunması üçün alınan 200 ədəd “DMP-40 D59-1 PZ” (qaz sistemində qazın paylanmasını tənzimləyən) markalı məmulatın idxalına icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Lakin həmin Qaydaların 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılır. Hazırki halda iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Şəxs tərəfindən 1.717.600 Rusiya rublu məbləğində xarici valyutada olan vəsait 01.04.2017-ci il tarixli 258 nömrəli müqavilə üzrə qaz sistemində qazın paylanmasını tənzimləyən 200 ədəd “DMP-40 D59-1 PZ” (qaz sistemində qazın paylanmasını tənzimləyən) markalı məmulatın alınması məqsədilə "xxxx" ASC-də olan hesabından 08 iyul 2019-cu tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İdxal olunacaq məmulat hava-yer tipli raketlərin hazırlanmasında istifadə olunması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini tərəfindən Müdafiə Sənayesi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış 11 aprel 2019-cu il tarixli, TE-179m saylı məktub əsasında məmulatın idxalına icazə verilmişdir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikasına idxal olunan mallar müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasına idxal olunan mallar müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduğunda sözügedən Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Belə olan halda “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələbləri Şəxs tərəfindən 08 iyul 2019-cu tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüş 1.717.600 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaitə münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC tərəfindən 08 iyul 2019-cu tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüş 1.717.600 Rusiya rublu məbləğində vəsaitə münasibətdə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndəndinin tələblərinin tətbiq edilməli olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-988/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-988/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver