Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-992/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Naxçıvan MR Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə evli, himayəsində 3 uşağı, taksi fəaliyyətilə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, Nəriman Nərimanov küçəsi, ev 7, mənzil 3də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində nömrəsiz evdə kirayədə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla X2 zəng edərək onu təhqir etmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, Binə qəsəbəsi ərazisində taksi fəaliyyətilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Binə mərkəzdə olarkən Türkan qəsəbəsindən sifariş qəbul etmiş və həmin ünvana yollanmışdır. Lakin sifariş verən xanım onu gözləməmiş və çıxıb getmişdir. Daha sonra o, 5 dəfə zəng etsə də onun telefonlarına cavab verilməmişdir. O, sifariş verən nömrəyə söyüş mesajları yazmışdır. 2 saat sonra xanım ona zəng etmiş və ona söyüşlər yazdığını bildirmişdir. Əməlindən peşman, himayəsində 3 uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək barəsində cərimə cəzasının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, Türkan qəsəbəsində olmamış, Bakı şəhərinin mərkəzində yerləşən "xxxx" ASC-dən A.Məhərrəmli 33B ünvanına taksi sifariş vermişdir. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra taksi gəlmədiyinə görə orada olan başqa bir taksi ilə getmişdir. O, evə çatdıqda taksi sürücüsünün ona 5 dəfə zəng etdiyini və sonradan söyüşlər yazıldığını müəyyən etmişdir. Söyüşlərin ona səhvən yazıldığını düşünərək həmin nömrəyə zəng etmiş və həmin şəxs onu təkrarən söymüşdür. Məhkəmədən Şəxs ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla X2 məxsus mobil telefona söyüş mesajları yazmış, sonra isə telefonda onu söymüşdür. Məhkəmə Şəxs əməli etiraf etməsini, səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırllığını, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:10-da tutulmuşdur. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 04 iyul 2022-ci il tarixdən saat 19:10-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakışəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov Иш № 3(003)-523/2022 АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ АДЫНДАН ГЯРАР БакышящяриХязярRайонМящкямяси «06» aprerl 2022-ci il Bakışəhəri Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Bakışəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-523/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarında yol verilmiş yalnışlığın aradan qaldırılması məsələsinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Bakışəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-523/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı ilə X5 Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 05 gün müddətə inzibati həbs olunmuşdur. İnzibati qaydada tutmanın əvvəli xx.xx.2022-ci il tarixdən saat 08:30-dan hesab edilmişdir. Sonradan müəyyən olunmuşdur ki, Xəzər Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarında yalnışlığa yol verilmişdir. Belə ki, X4 Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə təqsirlənməsinə baxmayaraq, qərarda texniki xarakterli yanlışlığa yol verilərək “Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında işüzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 518-ci maddəsinəəsasən hökmü və ya digər yekun qərarınıçıxarmış məhkəmə onun icrası zamanıöz hökmündə və ya digər yekun qərarında yol verilmiş anlaşılmazlıqları aradan qaldırmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında yol verilmiş yalnışlıq aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 518.0.4 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: Bakışəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-523/2022nömrəli, 05aprel 2022-ci il tarixli qərarında yol verilmiş yalnışlıq aradan qaldırılaraq “X5 Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs olunsun” sözləri “X5 Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs olunsun”kimi oxunsun. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-992/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-992/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver