Məhkəmə qərarları › İş №3(003)-996/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-996/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-996/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 491.1 və 496.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibatixətahaqqındaprotokolaəsasən Hüquqi ünvanı ünvan 1 olan Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixində **********8181 sorğu nömrəli ümumi gömrük dəyəri 14468,7 AZN netto çəkisi 14 kqgömrük bəyannaməsi ilə gətirilən “Təbii və ya sintez edilmiş hormonlarəsəsən hormon şəklində istifadə edilən onların törəmələri və struktur analoqları” adlı yük müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Yükün müvəqqəti saxlanc müddəti xx.xx.2020-ci il tarixində bitməsinəbaxmayaraq müvəqqəti saxlanc müddəti uzadılmamış və ya digər gömrük proseduru adı altında yerləşdirilməmişdir.xx.xx.2020-ci il tarixində Şəxs MMC-nin anbarında həmin mallara gömrük baxışı həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, gətirilən “Təbii və ya sintez edilmiş hormonlar əsasən hormon şəklində istifadə edilən onların törəmələri və struktur analoqları 5000 ədəd büküm (hər bükümdə iki ədəd olmaqla) adlı yükün 3200 ədəd bükümü satılmışdır.Gömrük baxışı zamanı satıldığı bildirilən hissənin ümumi gömrük dəyərini müəyyən etmək üçün xx.xx.2020-ci il tarixli 34/013/018026 saylı raportla Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinə müraciət olunmuşdur. Həmin İdarənin xx.xx.2020-ci il tarixli 34/012/018186 saylı raportuna əsasən satıldığı qeyd edilən hissənin ümumi gömrük dəyəri 9259,97 manat müəyyən edilmişdir. Bu barədə Şəxs MMC-ninbarəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC-ninvə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-ninvə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs MMC-nin tərəfindən ümumi dəyəri 14468,7 manat gömrük bəyannaməsi ilə bəyan olunan yüklər müvəqqəti saxlanca verilmiş, lakin müddəti uzadılmadığından Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinin, daha sonra müəyyən edilmişdir ki, müvəqqəti saxlanca götürülmüş malların 9259,97 manat hissəsi satıldığından yəni, həmin malların barəsində sərəncam verildiyi məlum olduğundan Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda, Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 9259,97 manat məbləğinin otuz faizi, yəni 2777,99 manata bərabər tutulmalıdır. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs MMC eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs MMC daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların 9259,97manat hissəsinin otuz faizi məbləğində inzibati cərimə edilməsini məqsədə müvafiq hesabedir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların 9259,97 (doqquz min iki yüz əlli doqquz, doxsan yeddi) manat hissəsinin 30 (otuz) faizi, yəni 2777,99(iki min yeddi yüz yetmiş yeddi, doxsan doqquz) manatməbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar