Məhkəmə qərarları › İş №3(003)-998/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-998/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-998/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə, 21 avqust 1962-ci ildə Beyləqan rayonu, İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 3 yetkinlik yaşına çatmış uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 3 ünvanında faktiki yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs 05 iyul 2022-ci il tarixdə saat 14:00-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dəniz qırağı ərazidə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Mərdəkan qəsəbəsi, dəniz qırağı ərazidə qarğıdalı satışı ilə məşğul olur. Tahirə xanım ondan ucuz qiymətə qarğıdalı istəmiş, bir neçə gün sonra onlar dəniz qırağında görüşmüşlər. Həmin gün polis əməkdaşları ona yaxınlaşaraq Tahirə xanımın ondan şikayətçi olduğunu bildirmişlər. Polis əməkdaşları onu şöbəyə dəvət etmiş, o da razılaşmışdır. O, polis əməkdaşlarına tabesizlik göstərməmiş və Tahirə xanıma əxlaqsız təkliflər etməmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, o, dəniz kənarında qarğıdalı satışı ilə məşğul olur. 5-10 gün əvvəl Şəxs ona ucuz qiymətə qarğıdalı təklif etmişdir. Bununla bağlı o , Şəxsla birgə yaşadığı Şağan qəsəbəsinə getməli idi. Onlar birgə Kamalın yaşadığı Şağan qəsəbəsində yerləşən evə getmişlər. Orada Kamal onu zirzəmiyə aparmış, zirzəminin qapısını bağlayaraq ona əxlaqsız hərəkətlər etməyə cəhd etmiş, o isə qapını açaraq oradan uzaqlaşmışdır. 5 iyul 2022-ci il tarixdə Mərdəkan qəsəbəsində dəniz sahilində Kamal onu görmüş, əl qol ataraq ünvanına nalayiq söyüşlər söymüşdür. O, bu barədə orada xidmət aparan polis əməkdaşlarına müraciət etmişdir. Polis əməkdaşları Şəxs yaxınlaşaraq şikayətlə bağlı polis şöbəsinə getməyi təklif etmişlər. Lakin, Şəxs bundan imtina etmiş, səs-küy salmış və nalayiq söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları Şəxsı avtomobillə şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, o, polis əməkdaşları Paşazadə Cavid və Vəliyev Bayramla 05 iyul 2022-ci ildə saat 14:00 radələrində Mərdəkan qəsəbəsi, dəniz kənarında xidmətdə olmuşlar. Mikayılova Tahirə onlara yaxınlaşaraq bildirmişdir ki, Şəxs ona əl-qol atır, ünvanına söyüşlər söyür və əxlaqsız təkliflər edir. Onlar Şəxs yaxınlaşıb barəsində şikayətin olmasını bildirərək Şöbəyə dəvət etmişlər. Lakin, Şəxs bundan imtina etmiş, səs-küy salmış və uca səslə söyüşlər söymüşdür. Onlar məcbur olub avtopatrul avtomobili çağırmışlar və Şəxsı Şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X5 şahid X2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dndirib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Mərdəkan qəsəbəsi, dənizkənarı ərazidə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş ƏÇPA-nın 11-ci polis bölüyünün polis nəfərləri B.Vəliyev, A.Allahverdiyev, C.Paşazadə, Y.Rəcəbov və M.Seyidovun tərtib etdikləri xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində dənizkənarında xidmətdə olarkən bir xanım onlara yaxınlaşaraq bir kişinin ona əl-qol atmasını və əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Onlar kişiyə şöbəyə getməyini təklif etmiş, lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə onları söyüb təhqir etmiş və tabesizlik göstərmişdir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə etməsi kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Buna görə məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vaxtdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 05 iyul 2022-ci il saat 14:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar