Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-999/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Neftşilər küçəsində fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xəzər RPİ 2-ci PB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında 06 iyul 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs 25 oktyabr 2021-ci il tarixdə Buzovna qəsəbəsi 14 saylı BŞX-nin yaxınlığında X4 aldadaraq 500 manat pulunu alaraq mənimsəmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, Tərtər rayonunda hərbi xidmətdə olan oğlu X1 hərbi hissədə müalicəsi ilə əlaqədar eyni zamanda oğlunu hərbi hissənin özündə hərbi xidmətin davam etdirilməsinə və hərbi hissədə saxlamaq istəmiş, buna görə də əvvəllər onun iş yoldaşı olmuş Şəxs demiş, Şəxs da bu işdə ona kömək edəcəyini və oğlunu Tərtər rayonu “N” saylı hərbi hissədə saxlatdıracağına söz verib 25 iyun 2022-ci il tarixdə Buzovna qəsəbəsində 14 saylı xəstəxananın yanında onunla görüərərk ona 500 manat vermişdir. Lakin iş düzəlmədiyindən, Ramindən pulunu istəmiş, Ramin isə müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan imtina etmişdir. Ramindən şikayətçidir, pulunun qaytarılmasına köməklik göstərilməsini və Raminə törətdiyi əməlinə görə müvafiq tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, hazırda maliyyə imkanı zəif olduğu üçün X2 aldığı pulu qaytara bilməmişdir. Ona bir qədər möhlət verilərsə, aldığı pulu hissə-hissə qaytara biləcəkdir. Əməlindən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli AZA 011865 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 06 iyul 2022-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 06 iyul 2022-ci il tarixdə saat 18:30dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1984-cü il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Neftşilər küçəsində fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 yanvar 2022-ci il tarixdə saat 16:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-999/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-999/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver