Məhkəmə qərarları › İş №3(004)-1/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1/2022 02.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin nümayəndəsi X5, X2 və onun müdafiəçisi X6 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsinin 17.06.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsinin 17.06.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X22 İdarəsi tərəfindən onun barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 17.06.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında o təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə olunması barədə 17.06.2019-cu il tarixli TP-3028693 saylı qərar qəbul edilib. Protokolda qeyd edilən “Mersedes Benz S500 L” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxusus olmaqla onun tərəfindən idarə edilmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra, onun iştirakı olmadan protokol tərtib edilən zaman ciddi nöqsanlara yol verilib və protokol tərəfindən imzalanmayıb. Hal-hazırda mübahisələndirilən 17.06.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 17.06.2019-cu il tarixli TP ******* saylı qərar yazılı müraciətinizdən sonra 10 noyabr 2020-ci il tarixində onlara verilib. X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X22 İdarəsi tərəfindən 17.06.2019-cu il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin tərtib etdiyi 17.06.2019-cu il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, “Mersedes Benz S500 L” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini "xxxx" QSC-dən icarəyə götürmüşdür. Həmin avtomobil ilə “Park Azure”-dan çıxıb Xocalı prospekti istiqamətinə hərəkət edən zaman, birinci kəsişmədə qəza törətmişdir. Onun avtomobilinin qabaq hissəsi digər avtomobilin qapı hissəsi ilə toqquşmuşdur. Bundan sonra o həmin avtomobilin sahibini tanıdığı üçün onunla belə razılığa gəlmişdir ki, hərə öz avtomobilini düzəltsin və oradan çıxıb getmişdir. İnzibati xəta nəticəsində ona tətbiq olunan cəriməni o ödəməmişdir, o sadəcə həmin məsələ ilə bağlı işlədiyi şirkətin işçisinə bu işlə məşğul olmağı tapşırmışdır, bundan sonra onun heçnədən xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin tərtib etdiyi 17.06.2019-cu il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin nümayəndəsi X8 bildirmişdir ki, 2019-cu ildə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə ilə əlaqədar inzibati icraat aparılaraq qərar qəbul edilmişdir. İş materiallarında olan izahatdan və X1 imzadan görünür ki, X14 inzibati icraat aparılan zaman iştirak etmişdir. Bundan əlavə X14 öz təqsiri ilə razılaşaraq inzibati cərimənidə ödəmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, həmin hadisə 16 iyun 2019-cu il tarixdə baş vermişdir. Hadisə barədə məlumat idarənin növbətçi hissəsinə daxil olduqdan qısa müddət sonra o hadisə yerinə yollanmışdır. Ora çatdıqda ona məlum olmuşdur ki, Mehdi Mehdizadə küçəsi ilə İzzət Orucov küçəsinin kəsişməsində “Mersedes Benz S500 L” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Audi” markalı, **- KT-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşlar. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, “Mersedes Benz S500 L” markalı avtomobil yüksək sürətlə hərəkət edərək “Audi” markalı avtomobilin yol ayrıcını keçməsini gözləməli olduğu halda, lakin onu gözləmədə əsas yola çıxaraq qəza törətmişdir. Həmin vaxt “Mersedes Benz S500 L” markalı, **-PB-*** qeydiyyat nişanlı avtomobilin X14 tərəfindən idarə edildiyi müəyyən edilmişdir. Daha sonra X11 sxemi tərtib olunmuşdur. Hadisə nəticəsində tərəflərə xeyli miqdarda maddi ziyan dəydiyindən tərəflər arasında gərginlik müşahidə edilirdi. Həmin vaxt İsmayı Orucov keçmiş prokurorluq əməkdaşı olduğunu bildirmiş və özünü təqsirli bilmişdir. Bundan sonra o hadisənin xəritəsi və baş vermə vəziyyəti haqqında protokolda göstərilənlərə etiraz etməyərək bunun öz imzası ilə təsdiq etmişdir. Bundan 1 gün sonra İ.Orucov protokolu götürərək ona tədbiq edilmiş inzibati cəriməni ödəmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinnin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, “Mersedes Benz S500 L” markalı, **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-nin mülkiyyətindədir. Həmin avtomobil X10 icarə müqaviləsi əsasında verilmişdir. 16 iyun 2019-cu il tarixdə baş vermiş yol nəqyiyyat hadisəsinin təfərrüatları barədə onun xəbəri yoxdur. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 17.06.2019-cu il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, 16.06.2019-cu il tarixdə saat 23:50-də X14 “Mercedes Benz S500L” (minik) markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsinin 17.06.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 17.06.2019-cu il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə obyektiv həqiqət olaraq müəyyən olunmuşdur ki, hadisə törədilən anda İsmayıl Orucov inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmış və bu səbəbdən inzibati tənbeh qərarı qəbul edilmiş, İ.Orucov isə barəsində olan inzibati cərimə ilə razılaşdığı üçün onu ödəmişdir. Bu səbədən qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin X22 İdarəsinin 17.06.2019-cu il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar