Məhkəmə qərarları › İş №3(004)-1/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 101, mənzil 15də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə 11 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 93577,55 (doxsan üç min beş yüz yetmiş yeddi Avro əlli beş sent) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 93577,55 (doxsan üç min beş yüz yetmiş yeddi Avro əlli beş sent) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkil Nümayəndə2 bildirmişdir ki, "xxxx" MMC ile "Haakman Flowerbulbs B.V" Holland şirketi arasrında 26 May 2021-ci il tarixli, 20210526-004 nömrəli, 09 iyun 2021-ci il tarixli, 20220524-004 nömrəli ve 09 iyun 2022-ci il tarixli, 20220524-004 nömrəli miiqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən xx.xx.2022-ci il tarixdə 30800 avro, xx.xx.2022-ci il tarixdə 7950 avro, xx.xx.2022ci il tarixdə 35000 avro ve xx.xx.2022-ci il tarixdə 93577.55 avro olmaqla ümumilikdə 167.327,55 avro Florum MMC tarafindən “Haakman Flowerbulbs B.V”-yə pul köçürülmüşdür. “Haakman Flowerbulbs B.V” Holland şirkətinə xx.xx.2022-ci il tarixdə ödənilmiş 30800 avro ödəniş tapşırığında müqavilə nömrəsi 20220524-004, tarix xx.xx.2021, invoys nömrəsi isə 2022016-0 tarix xx.xx.2021 qeyd olunmuş, xx.xx.2022-ci il tarixdə ödənilmiş 7950 avro ödəniş tapşırığında müqavilə nömrəsi 20220524-004, tarix xx.xx.2021, invoys nömrəsi isə 2022016-0 tarix xx.xx.2021 qeyd olunmuş, xx.xx.2022-ci il tarixdə ödənilmiş 35000 avro ödəniş tapşırığında müqavilə nömrəsi 20220524-004, tarix xx.xx.2022, invoys nömrəsi isə 2022016-0 tarix xx.xx.2021 qeyd olunmuş, həmçinin xx.xx.2022-ci il tarixdə ödənilmiş 93577.55 avro ödəniş tapşırığında müqavilə nömrəsi 20220524-004, tarix xx.xx.2021, lakin invoys nömrəsi isə 2022017-0 tarix xx.xx.2021 qeyd olunmuşdur. Reallıqda 4 dəfə olmaqla ödənilən 167.327,55 avro gömrük orqanında qeydiyyatda olan ********* kod verilmiş xx.xx.2022-ci il tarixli, 20220524-004 nömrəli müqavilə üzrə edilmişdir. Lakin həmin pul üzrə göndərilmiş mallarda ümumi invoys dəyəri 64.546,55 avro olan YGB Nömrə **********6658 gömrük bəyannaməsinin 4011 qrafasında 20220524-004 yazılması əvəzinə 20210526-004 yazılmış, invoys dəyəri 55678,27 avro YGB Nömrə **********3616 gömrük bəyannaməsinin 4011 qrafasında 20220524-004 yazılması əvəzinə 20210526-004 yazılmış, invoys dəyəri 47993.30 avro YGB nömrəsi **********5878 gömrük bəyannaməsinin 4011 qrafasında 20220524-004 yazılması əvəzinə 20210526-004 yazılmışdır. Tərəflərindən BBGİ-nə müraciət olunaraq xx.xx.2022-ci il tarixli, **********5878 nömrəli, xx.xx.2022-ci il tarixli, **********6658 nömrəli və xx.xx.2022-ci il tarixli, **********3616 nömrəli X1 4011 qrafasında müqavilənin tarixi olaraq xx.xx.2021, müqavilənin nömrəsi olaraq isə 20220524-004 dəyişikliyinin edilməsinə göstəriş verilməsi xahiş olunmuş, xx.xx.2022-ci il tarixli, **********5878 nömrəli X2 dəyişiklik edilmiş, digər iki bəyannamədə dəyişiklik edilməsi isə icradadır. Lakin sonradan Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədov tərəfindən MMC-yə məktub göndərilərək portalda bank tərəfindən 20210526-004 nömrəli müqaviləyə əsasən vəsaitlərin köçürülməsinə dair qeydlər aparıldığından və sorğu edilən gömrük bəyannamələri bank portalında istifadə olunduğundan düzəlişlərin edilməsinin məqsədə müvafiq hesab edilmədiyi bildirilmişdir. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İlk öncə məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Şəxs MMC 93577,55 (doxsan üç min beş yüz yetmiş yeddi Avro əlli beş sent) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin müqavilə ödənişə əsasən iş materiallarında olan gömrük bəyyanamələri ilə müəyyən edilir ki, 47993.30 Avro məbləğində mallar ölkəyə vaxtında idxal edilmiş və bu hal iş materiallarında ola gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Digər təqdim olunan bəyyanamələr isə digər müqavilə üzrə ödənişlərə bağlanmışlar. Bununla bağlı müdafiə tərəfinə kifayət qədər vaxt verilsə belə həmin bəyyanamələrə düzəliş edilməsinə nail ola bilməmişdir. Həmçinin müəyyən edilir ki, ölkəyə idxal olunan digər mallar başqa tarixli müqavilə üzrə ödənişlərə bağlandığı üçün, hazırda müqavilənin və ödənişin dəyişiləcəyi təqdirdə əvvəli digər müqavilə üzrə ödənişlər açıq və qeyri müyyən qalacaqlar. Belə olduğu halda Şəxs MMC tərəfindən 45584,25 avro məbləğində ödəniş üzrə (93577,55 - 47993.30 = 45584,25) inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Lakin, məhkəmə təqdim edilmiş protokolu, protokolda istinad edilən, protokolun tərtib edilməsinə əsas olan sənədləri nəzərdən keçirərək, protokoldakı valyutanın xaricə köçürüldüyü vaxtı, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş və xx.xx.2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən İXM-in 430.4-cü maddəsində müəyyən edilmiş müddətlərin bitməsini, həmin günün bitdiyi vaxtın səhərisi günü inzibati xətanın baş vermə günü hesab edilməsini, həmin inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMnin 430.4-cü maddəsinə münasibətdə dörd aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, pulun köçürüldüyü xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 il müddət xx.xx.2024-cü il tarixdə bitir. İnzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Həmin vaxtdan hesablamaqla 4 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2025-ci il tarixdə bitib. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Həmçinin hazırkı inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 11 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar