Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1000/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X1 müraciətini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Şikayət ərizəsinə məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə X1 şikayətində hansı tarixli və nömrəli qərardan şikayət verdiyi qeyd olunmamış, həmçinin şikayətinin “nəticə-xahiş” hissəsində hansı tarixli və nömrəli qərarı mübahisələndirildiyi, həmçinin məhkəmədən nə xahiş etməsi qeyd olunmamışdır. Qeyd olunanlara əsasən, hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Bununla yanaşı ərizəçiyə izah olunsun ki, qeyd olunan nöqsanlar aradan qaldırılandan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərarda göstərilən nöqsanlar aradan qaldırılandan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1000/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1000/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver