Məhkəmə qərarları › İş №3(004)-1001/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1001/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1001/2021 16.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1983-cü ildə Ermənistan, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1, 332.1-ci və 332.4-cü maddələri ilə Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “BMW 5231 minik” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, A.Abbasov küçəsində hərəkətdə olarkən arxada hərəkət edən “Toyota” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəymişdir. Eyni zamanda sürücü avtomobili etibarnamə olmadan, həmçinin sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra, bununla da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Həmçinin “BMW 5231 minik” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Şəxs tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bununla da o, İXM-in 469.1, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, həqiqətən də bilməyərəkdən atasına məxsus avtomobili etibarnaməsi olmadan və sürücülük vəsiqəsinin müddəti bitməsinə baxmayaraq idarə edərkən protokolda göstərilən yol nəqliyyat hadisəsi törətmiş və “Toyota” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əməlindən peşmandır. Ailəli olmasını Hepatit S xəstəsi olmasını, qaraciyərinin selilozunun olmasını nəzərə alaraq yüngül tənbeh verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin polis kapitanı X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “BMW 5231 minik” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, A.Abbasov küçəsində hərəkətdə olarkən arxada hərəkət edən “Toyota” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəymişdir. Eyni zamanda sürücü avtomobili etibarnamə olmadan və sürücülük hüququ olmadan idarə etmişdir. Həmçinin “BMW 5231 minik” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Şəxs tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əhalinin Sağlamlığının Milli monitorinq sistemi Ambulator Xəstənin AZS – 025 saylı, xx xxxxxx 2019-cu il tarixli Tibbi Kartasına əsasən Şəxs xroniki virus “Hepatit C” xəstəsidir. İXM-in 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1, 332.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar