Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1002/2021 16.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin sahə inspektoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxx 2021-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin xx xxxxxx 2021-ci il, xx xxxxx 2021-ci il və xx xxxxx 2021-ci il tarixli qərarlarından və rədd materiallarına əsasən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X2 məxsus 100 manat dəyərində elekttrikli sobanı ünvan 2 ünvanından, X5 məxsus 100 manat dəyərində su qızdırıcısını ünvan 3 ünvanından və X3 məxsus 50 manat dəyərində toz soran, 20 manat dəyərində radiator, 20 manat dəyərində drel və 10 manat dəyərində tikinti alətləri olan qutunu ünvan 4 ünvanından oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi ev 46-da yaşayan X2 məxsus həyətdə istifadə etdiyi elektrik ilə işləyən ağ rəngli, Türkiyə Respublikasının istehsalı olan 100 manata aldığı “İltimal” markalı sobanı oğurlamışdır. Bundan əlavə Şəxs xx xxxx 2021-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X5 məxsus 100 manat dəyərindəki su qızdırıcısını oğurlamışdır. Bundan əlavə Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Ə.Quliyev küçəsi, ev 33-də yaşayan X3 məxsus saxlanc yerinin qapısının qıfılını sındırma yolu ilə içərisindən bir ədəd işləmiş vəziyyətdə 50 manat dəyərində “Arnica” markalı toz soran, bir ədəd işlənmiş vəziyyətdə 20 manat dəyərində yağla işləyən radiator, bir ədəd işlənmiş vəziyyətdə 20 manat dəyərində drel aparatı və ümumi 10 manat dəyərində içində tikinti alətləri olan qutunun oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq X7 məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, maddi imkanının olmaması səbəbindən xırda talama əməlləri törətmişdir. Əməlindən peşmandır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Vaxtaşırı müxtəlif narkotik vasitələrdən istifadə edir, lakin narkomaniya xəstəliyindən əziyyət çəkmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı İlqar Səfərov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X2 məxsus elektrik ilə işləyən ağ rəngli, Türkiyə Respublikasının istehsalı olan 100 manata aldığı “İltimal” markalı sobanın oğurlanması nəticəsində dəymiş ziyanın dəyəri 100 (yüz) manat olduğundan, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmır. Bu səbəbdən də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Çingiz Qurbanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, X4 Yasamal RPl-nin 26-cı PB-nə ünvanladığı müraciət əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. X4 əmlakının talanması nəticəsində ona 100(bir yüz) manat məbləğində maddi ziyan vurulduğu üçün toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib elementləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, törədilmiş əməl müəyyən olunsa da, bu əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olmaması cinayət təqibini istisna edir. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Toplanmış materialdan göründüyü kimi isə hadisəni törətmiş şəxsin əməli nəticəsində hər hansı cinayətin obyekti, yəni törədilən əməllə ziyan yetirilən ictimai münasibət yoxdur. Belə olan halda əməldə heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməlidir. Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, X3 100 (bir yüz) manat məbləğində ziyan vurulması hazırda qüvvədə olan qanunvericiliyə əsasən oğurluq cinayətinin tərkibini yaratmadığına görə onun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Emil Aslanov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində baş vermiş cinayət hadisələri ilə əlaqədar inzibati ərazidə xidmət edərkən 1 nəfər şəxsin ünvan 7 ünvanının qarşısında görüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsin üzərində heç bir sənəd olmadığı üçün PB-nə dəvət edilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1981-ci il təvəllüdlü Şəxsdur. İnzibati qaydada tutma haqqında xx xxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:20-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs evli olmaqla himayəsində 1 övladının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4. -ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən saat 10:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 10:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1002/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1002/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver