Məhkəmə qərarları › İş №3(004)-1006/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1006/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1006/2023 07.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan AR Dovlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, AR Dovlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İnzibati təcrübə üzrə baş inspektor polis leytenantı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə AR Dovlət Sosial Müdafiə Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, AR Dovlət Sosial Müdafiə Fondu onun mülkiyyətində (istifadəsində) olan “FORD TRANSİT 470E YÜK” markalı, 99JV824 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da AR Dovlət Sosial Müdafiə Fondu barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən AR Dovlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə müvafiq sənədlərin surətlərini təqdim edərək bildirmişdir ki, fondun balansında olan Ford Transit 470 E markalı, 99JV824 Dövlət qeydiyyat nişanlı avtomobilin kimə təhkim olunması barədə X4 Polisi idarəsinə məlumat verilmişdir. Buna görə də AR Dovlət Sosial Müdafiə Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Beləliklə, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan AR Dövlət Sosial Müdafiə Fondunun satınalmaların təşkili və təchizat departamentinin müdiri Zahir Əliyev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Yasamal rayon Polis İdarəsinin Yol Polis şöbəsinə ünvanlanmış 21 fevral 2023-cü il tarixli 3-87-1/2-34608/2023 nömrəli məktubdan grünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun balansında olan **-JV-*** nömrəli xidməti minik avtomobilinin sürücüsü X1r. Sürücülük vəsiqəsinin nömrəsi AC 559917. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilik sürücü barədə məlumat dedikdə yalnız yol hərəkəti qaydalarının pozulmasına görə həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində məlumatın verilməsini ehtiva edir. İş materiallarından görünür ki, AR Dövlət Sosial Müdafiə Fondu barəsində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müvafiq olaraq, AR Dovlət Sosial Müdafiə Fondunun istifadəsində olan həmin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana təqdim edilməsi barədə sorğu AR Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən AR Dovlət Sosial Müdafiə Fonduna göndərilən sorğunun AR Dovlət Sosial Müdafiə Fonduna çatması barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən AR Dovlət Sosial Müdafiə Fondu barəsində Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd edilən hallar nəzərə alınmamış və nəticədə əsassız protokol tərtib edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs AR Dovlət Sosial Müdafiə Fondunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, AR Dovlət Sosial Müdafiə Fondunun barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: AR Dovlət Sosial Müdafiə Fondu barəsində xx.xx.2023-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar