Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1008/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 13.04.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 13.04.2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin 01.03.2021-ci il tarixli İXP ******* № li inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə tərtib edilmişdir. Suraxanı rayon DYPŞ-nin 29.03.2021-ci il tarixli TP 427836 № li inzibati tənbeh vermə haqqında qərarı isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməmişdir. Buna görə də o, sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şikayətçi və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-nin 13.04.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X2 01 mart 2021-ci il tarixdə saat 07:45-də Yasamal rayonu, Fizuli küçəsində “Chevrolet Rezzo” markalı, Az 10SV971 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işiq cihazlarından istifadə qaydalarını pozduğuna və sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində 13.04.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 01.03.2021-ci il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”dan görünür ki, 01.03.2021-ci il tarixdə saat 07:45-də Yasamal rayonu, Fizuli küçəsində “Chevrolet Rezzo” markalı, Az 10SV971 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 “ACE-Z” markalı İN 642235 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə müayinə edilmiş və onun 0,609 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmin protokolda X1 pivə içməsini və protokolda qeyd olunan nəticə ilə (0,609 promilli) razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD disk məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 01.03.2021-ci il tarixdə X4 rayonu, Fizuli küçəsində “Chevrolet Rezzo” markalı, Az 10SV971 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* nömrəli 13.04.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 13.04.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* saylı 13.04.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1008/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1008/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver